Digər xəbərlər


Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib
24.12.2025

24 dekabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Milli Məclisin deputatları Tural Gəncəliyev və Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanın Xalq artisti Alim Qasımov iştirak ediblər.

İlk olaraq Fondun 2025-ci il üzrə 11 aylıq fəaliyyətinə dair hesabat təqdim edilib. İdarə Heyətinin sədri Rəhman Hacıyev hesabatla bağlı məruzə ilə çıxış edərək ötən dövr ərzində Fond tərəfindən həyata keçirilən layihələr, əldə olunan nəticələr, maliyyə göstəriciləri, həmçinin qarşıda duran prioritetlər barədə ətraflı məlumat verib. 

Daha sonra Şuranın sədri Mikayıl Cabbarov gündəlikdə olan digər məsələləri - QDF-in Müşahidə Şurasının tabeliyində Audit Komitəsinin yaradılması, Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı yeni İnvestisiya qaydalarının hazırlanması, Fondun 2025-ci il üzrə kənar maliyyə auditorunun təyin edilməsi və digər müvafiq məsələləri müzakirəyə çıxarıb. Eyni zamanda iclasda “Qarabağ Dirçəliş Fondunun 2026-cı il üzrə büdcəsi”nin təsdiq edilməsi məsələsinə də baxılıb. 

Qeyd olunan məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub.

Eyni zamanda, Müşahidə Şurasının üzvlərinə Fonda təqdim edilən və hazırda təhlil edilən yaşıl enerji, aqropark və istehsalat zonasının yaradılması layihələri ilə bağlı da ətraflı məlumat təqdim edilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment