“MJ Financial Services BOKT” ASC-nin səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi baş tutacaqdır
24.12.2025
24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
“MJ Financial Services BOKT” ASC-nin abunə yazılışı 26 dekabr 2025-ci il tarixindən başlayaraq (1 iş günü) davam edəcəkdir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.