"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
23.12.2025
23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il tarixində bitəcəkdir.
AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001009268
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
300,000 ədəd
İlkin ticarət qiyməti
100 ABŞ Dolları
İstiqrazların buraxılış həcmi
30,000,000 ABŞ Dolları
İllik gəlirlilik faizi
7%
Ödəmə Periodu
Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir