Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə Beyləqan rayonunda “korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Beyləqan rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, sahibkarların iştirak etdiyi tədbirdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilib, eyni zamanda korrupsiyaya şərait yaradan amillər, onun qarşısının alınması istiqamətində görülən işlərdən bəhs olunub.
Həmçinin gömrük sistemində şəffaflığın, vətəndaş və sahibkar məmnunluğunun artırılması istiqamətində reallaşdırılan layihələr və təkmilləşdirilmələr barədə də ətraflı məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.