Digər xəbərlər


Ölkəmizdə II Qadın Liderləri Zirvəsi keçiriləcək!
22.12.2025

“Facemark” şirkətinin təşkilatçılığı ilə ölkəmizdə II Qadın Liderləri Zirvəsi keçiriləcək. Zirvə 7 mart tarixində Gülüstan Sarayında baş tutacaq və “Cəhalətdən cəmiyyətə” konsept mesajı ilə bilikdən dəyərə, fərdi inkişafdan ictimai təsirə gedən yolu ön plana çıxaracaq.

Tədbir biznes, media, dövlət və ictimai sahələrdən nüfuzlu qadın liderləri bir araya gətirərək ilhamverici çıxışlar, panel müzakirələri və təcrübə mübadiləsi imkanı yaradacaq.

Zirvənin əsas məqsədi passiv kütlədə qalmış fərdi potensialı aşkar edərək onu aktiv cəmiyyət quruculuğuna yönəltməkdir. "Cəhalət" burada yalnız biliksizlik deyil, həm də imkanlardan xəbərsizlik, özünə inamsızlıq və ictimai proseslərdən təcrid olunma vəziyyətidir. Zirvə, bilik və praktiki bacarıqların bölüşülməsi ilə hər bir iştirakçının "kütlədən çıxış" yolunu müəyyən etməsinə dəstək olacaq. Tədbirdə müzakirələr bu itkiləri necə aradan qaldırmağa, qadınları iqtisadi və sosial həyatın tamhüquqlu, məhsuldar iştirakçısına çevirməyə fokuslanacaq.

Zirvə 3 paneldən ibarət olmaqla 09:00-dan 18:00-a qədər davam edəcək.

Zirvəyə gedən yol: Bu panel “cəhalətdən cəmiyyətə” uzanan transformasiyanın qadın taleyi üzərində necə formalaşdığını, qadın səsinin əvvəlcə eşidilməz olduğu yerdən başlayıb zamanla mənaya, dəyərə və təsirə çevrilən yolunu əhatə edir. Burada liderliyə gedən yolun təkcə uğurla deyil, axtarışla, öyrənməklə, daxili oyanışla və səsin tədricən görünürlük qazanması ilə necə formalaşdığı real həyat hekayələri üzərindən müzakirə olunacaq.

Zirvədəki baryerlər və maneələr: Bu panel qadın səsinin qarşısına qoyulan görünən və görünməyən sərhədləri, bəzən açıq, bəzən gizli şəkildə qurulan maneələri analiz edir. Sosial stereotiplər, institusional baryerlər, psixoloji basqılar və “şüşə tavan” effekti qadının irəliləyişini hansı nöqtədə saxladığı prizmasından dəyərləndirilir və bu nöqtələrin necə aşılması mümkün olduğu peşəkar təcrübələr əsasında müzakirə olunur.

Zirvədə davamlılıq və dayanıqlılıq: Bu panel qadın liderliyinin təkcə zirvəyə çatmaqla bitmədiyini, əsas gücün orada qalmaq, təsir yaratmaq və uzunmüddətli dəyər formalaşdırmaq olduğunu ön plana çıxarır. Emosional dayanıqlılıq, davamlı qərarvermə, böhranlara adaptasiya, komanda ilə sağlam münasibət və sosial məsuliyyət anlayışı qadın səsinin cəmiyyətdə uzunmüddətli təsir mexanizmi kimi necə işlədiyini göstərir.

Tədbir çərçivəsində biznes, media, ictimai və digər strateji sahələrdə söz sahibi olan qadın liderlərin çıxışları, aktual mövzulara həsr olunmuş tematik panel müzakirələri, eləcə də real həyat və peşəkar təcrübələrin paylaşımı baş tutacaq. Bu müzakirələr iştirakçılara həm ilham, həm də praktik baxış bucağı qazandırmağı hədəfləyir.

Qeyd edək ki, ötən il keçirilən zirvə qadın liderliyi mövzusunu cəmiyyətin gündəminə daşıyaraq geniş müzakirələrə səbəb olmuş, tədbirdən sonra da davam edən geniş maraq doğurmuşdu yaratmışdı. Bu il isə zirvə daha geniş format, daha dərin məzmun və konkret nəticələrə yönəlmiş yanaşma ilə yenidən təşkil olunur.

Tədbirdə iştirak və ətraflı məlumat üçün qlz.az saytına daxil ola bilərsiniz.

Sayt: https://qlz.az/

Instagram: https://www.instagram.com/qadinliderlerizirvesi/

Facebook: https://www.facebook.com/profile.php?id=61565512810752

LinkedIn: https://www.linkedin.com/company/104967321/


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment