Dövlət Gömrük Komitəsinin təqdim etdiyi layihə-Rəqəmsal Gömrük Dəyəri Sistemi gömrük dəyərinin tamamilə rəqəmsal həllərə əsaslanan üsullarla müəyyən edilməsinə, subyektiv amillərin aradan qaldırılmasına imkan yaradacaq.
Layihə xarici ticarət iştirakçılarına gəlir və xərclərini düzgün proqnozlaşdırmağa, vaxt və vəsaitə qənaət etməyə, şəffaflığın, məmnunluğun artırılmasına mühüm töhfə verəcək.