Banklar


AccessBank və AYİB-dən qadın sahibkarlığına dəstək: Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı
19.12.2025

Azərbaycanda sahibkarlığın davamlı inkişafına uzun illərdir töhfə verən AccessBank, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirdiyi Access2Success layihəsinin dördüncü dəfə uğurla başa çatdığını qürurla elan edir. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə reallaşdırılan bu təşəbbüs, ölkədə qadın sahibkarlığının gücləndirilməsinə və onların biznes potensialının üzə çıxarılmasına yönəlib.

Layihəyə bu il də böyük maraq göstərilib – iştirak üçün 300-dən çox müraciət daxil olub. Seçim mərhələsini uğurla keçən 50 qadın sahibkar biznesin idarə edilməsi, satış və marketinq, liderlik və emosional idarəetmə, uğurlu biznesin hüquqi aspektləri, eləcə də maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını inkişaf etdirərək proqramı müvəffəqiyyətlə tamamlayıblar. Təlimlər AccessBank-ın peşəkar mütəxəssisləri və öz sahəsində geniş təcrübəyə malik ekspertlər tərəfindən keçirilib.

 “Dayanıqlı sahibkarlıq modellərinin formalaşdırılmasına dəstək AccessBank üçün əsas prioritetlərdəndir. ‘Access2Success’ proqramı vasitəsilə qadın sahibkarların bilik və bacarıqlarını gücləndirir, onların bizneslərini daha inamlı və dayanıqlı şəkildə inkişaf etdirmələrinə şərait yaradırıq. Bu dəyərli əməkdaşlığa görə Avropa Yenidənqurma və İnkişaf Bankına təşəkkürümüzü bildiririk. AccessBank olaraq bu təşəbbüsü gələcək illərdə də ardıcıl və genişmiqyaslı şəkildə davam etdirmək əzmindəyik”,- bunu AcessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri layihənin əhəmiyyətini vurğulayaraq bildirib.

“Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı fəaliyyətində əsas prioritetlərdən biri qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Strateji tərəfdaşlarımızdan olan AccessBank ilə birgə həyata keçirdiyimiz «Access2Success» təşəbbüsü qadın sahibkarlığının dayanıqlı inkişafına real töhfə verən nümunəvi layihələrdəndir. EBRD gələcəkdə də bu kimi sosial və iqtisadi  təsir gücünə malik təşəbbüslərə dəstəyini davam etdirəcək”, - Azərbaycan üzrə Biznes Məsləhətləri Proqramının baş meneceri Samir Həmidov qeyd edib:

Qeyd edək ki, “Access2Success” layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib və hər il təxminən 50 qadın sahibkarı əhatə edir. İndiyədək proqramda 200-dən çox qadın sahibkar iştirak edib. Konsaltinq, turizm, təhsil, səhiyyə, yaradıcılıq, mədəniyyət və digər sahələrdə fəaliyyət göstərən iştirakçılar altı həftəlik intensiv təlimlər çərçivəsində həm nəzəri, həm də praktik biliklər əldə edərək öz bizneslərinin inkişafı üçün möhkəm təməl formalaşdırıblar. 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment