Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
19.12.2025

18 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlıq memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, t.e.d. Bəxtiyar Musayev və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov memorandumu Azərbaycan səhiyyə sistemində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, elmi-tədris əlaqələrinin gücləndirilməsi və qabaqcıl Britaniya tibbi təcrübəsinin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət daşıyan strateji sənəd kimi dəyərləndirib.

İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, imzalanmış memorandum çərçivəsində tərəflər arasında birgə elmi tədqiqatların aparılması, həkimlərin bilik və bacarıqlarının artırılması, təlim və seminarların təşkili, mütəxəssis mübadiləsi, eləcə də müasir müalicə və diaqnostika metodlarının tətbiqi istiqamətində səmərəli əməkdaşlıq həyata keçiriləcək. O, bu əməkdaşlığın Mərkəzi Gömrük Hospitalının beynəlxalq tibbi qurumlarla əlaqələrinin daha da möhkəmlənməsinə, tibbi kadrların peşəkar inkişafına və pasiyentlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli çıxışında memorandumun iki ölkənin tibb ictimaiyyəti arasında əlaqələrin daha da dərinləşməsinə, bilik və təcrübə mübadiləsinin sistemli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradacağını vurğulayıb, bu əməkdaşlığın Azərbaycan səhiyyəsinin inkişafına, xüsusilə qadın və uşaq sağlamlığı sahəsində qabaqcıl beynəlxalq yanaşmaların tətbiqinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Daha sonra memorandumu Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, t.e.d. Bəxtiyar Musayev və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli imzalayıblar.

Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, t.e.d. Bəxtiyar Musayev Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyliyə xatirə hədiyyəsi təqdim edib. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment