"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
18.12.2025
11 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2012019207 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 18.12.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"FINCA Azerbaijan" MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2012019207
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı
30,000 ədəd
İlkin ticarət qiyməti
100 ABŞ dolları
Buraxılış həcmi
3,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi
9%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir