Digər xəbərlər


“Üçüncü Bahar” İctimai Birliyinin 4-cü “YAŞA” Mərkəzinin açılışı baş tutdu
18.12.2025

“Üçüncü Bahar” İctimai Birliyi 2017-ci ildən etibarən yaşlı insanların sosial rifahının yüksəldilməsi, həyat keyfiyyətinin artırılması və onların cəmiyyətə fəal inteqrasiyasının təşviqi istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirir. Təşkilat 9 illik fəaliyyəti dövründə 45 mindən çox yaşlının həyatına toxunaraq onların gündəlik həyatına ümid, sevinc və yeni imkanlar qazandırıb.

Yaşlı insanların aktiv, sağlam və mənalı həyat sürməsini dəstəkləmək məqsədilə “Üçüncü Bahar” İctimai Birliyi tərəfdaşlarının dəstəyi ilə “YAŞA” Mərkəzləri şəbəkəsini formalaşdırıb. Hazırda bu mərkəzlər təkcə Bakıda deyil, eyni zamanda Mingəçevir və Şamaxı şəhərlərində də fəaliyyət göstərir və müxtəlif regionlarda yaşayan ahıllar üçün sosiallaşma, öyrənmə və fəal həyat imkanları yaradır.

“YAŞA” Mərkəzlərində yaşlılar üçün gündəlik əsasda müxtəlif dərnəklər və məşğələlər təşkil olunur. Proqramlara qurama, toxuma, ingilis dili, rəsm, musiqi və digər yaradıcılıq fəaliyyətləri daxildir. Bununla yanaşı, informasiya sessiyaları, master-klasslar və tematik tədbirlər vasitəsilə ahıllar yeni bilik və bacarıqlar qazanır, sosial mühitdə fəal iştirak imkanları əldə edirlər. Bu fəaliyyətlər yaşlı insanların həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasına, onların gündəlik həyatlarının daha keyfiyyətli və dolğun təşkilinə xidmət edir.

Bu gün “Üçüncü Bahar” İctimai Birliyinin Bakıda fəaliyyət göstərən 4-cü “YAŞA” Mərkəzi İçərişəhərdə rəsmi olaraq istifadəyə verilib. Yeni mərkəz İçərişəhərdə və ətraf ərazilərdə yaşayan yaşlı insanlar üçün sosial əlaqələrin gücləndirilməsi, birgə öyrənmə və paylaşma mühitinin yaradılması, eləcə də fəal və mənalı həyat tərzinin təşviqini hədəfləyir.







Təşkilat ictimaiyyəti yaşlı insanların rifahının yaxşılaşdırılmasına, onların sosial həyata daha fəal cəlb olunmasına və həyat keyfiyyətinin artırılmasına yönəlmiş təşəbbüslərə dəstək göstərməyə çağırır.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment