Neft və qaz


SOCAR-ın təşkilatçılığı və “Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə “SOCAR Hackathon 2025” tədbiri keçirilib
18.12.2025

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın təşkilatçılığı və “Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə “SOCAR Hackathon 2025” tədbiri keçirilib.

Tədbirin açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, SOCAR-ın Strateji idarəetmə və innovasiyalar Departamentinin rəisi Teymur Əliyev, “Microsoft” şirkətinin təmsilçisi Gumyrbek Sandibekov, SOCAR-ın Baş data inzibatçısı Azad Hüseynov çıxış edərək tədbirin ölkəmizin innovasiya ekosistemi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib, bu yarışmanın gənclərin yaradıcı potensialını ortaya çıxarmaq, real sənaye problemlərinə innovativ yanaşmaları müəyyən etmək baxımından böyük imkanlar açdığını vurğulayıblar. Çıxışlarda, həmçinin SOCAR-ın innovasiya strategiyası və rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib, “SOCAR Hackathon 2025”də iştirak edən komandalara uğurlar arzulanıb.

İki gün davam edən “SOCAR Hackathon 2025” tədbirində komandalar “süni intellekt mühəndisliyi” və “məlumat mühəndisliyi” istiqamətlərində yarışıblar.

Tədbirin ilk günündə iştirakçılar “Microsoft” şirkətinin “data və süni intellekt xidmətləri” mövzusunda təqdimatını dinləyib, yarışın məqsədləri, qiymətləndirmə meyarları və texniki imkanları ilə tanış olublar.

Daha sonra komandalar ideya mərhələsinə keçərək mentorların dəstəyi ilə problemlərə innovativ yanaşmalar üzərində çalışıblar.

“Hackathon”un ikinci günü komandalar layihələrini tamamlayaraq münsiflər heyətinə təqdim ediblər.

Münsiflərin müzakirəsindən sonra qaliblər elan edilib. “Süni intellekt mühəndisliyi” istiqaməti üzrə “Neon Tech” birinci, “Triangle” ikinci, “BitByte” komandası isə üçüncü yerə, “məlumat mühəndisliyi” istiqaməti üzrə isə “VSG” birinci, “NoWay” ikinci, “Osmos” komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qaliblərin mükafatlandırılması mərasimi olub.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment