Banklar


AYİB Azərbaycanda gənc sahibkarlara dəstək üçün AccessBank-a 20 milyon ABŞ dolları ayırır
18.12.2025

Ölkədə Aİ-nin dəstəyi ilə ilk “Gənclər Biznesdə” krediti 

    • AYİB AccessBank-a gənclərə məxsus və gənclər tərəfindən idarə olunan Kiçik və Orta Sahibkarlıq subyektləri (KOS) üçün 20 milyon ABŞ dolları məbləğində kredit ayırır

    • Azərbaycanda Aİ-nin EFSD+ vasitəsilə dəstəyi ilə ilk “Gənclər Biznesdə” krediti 

    • Kredit gənc sahibkarları gücləndirəcək və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) fokuslanan Azərbaycanın aparıcı banklarından biri olan AccessBank-a 20 milyon ABŞ dollarınadək (17,1 milyon avro) kredit ayırır.

Razılaşmaya əsasən, AccessBank AYİB vəsaitlərini Azərbaycanın müxtəlif bölgələrində gənclərə məxsus və gənclər tərəfindən idarə olunan KOS-lara yönəldəcək. Bu vəsait onların böyüməsi, innovasiyaların tətbiqi və ölkənin iqtisadi inkişafına töhfə verməsi üçün zəruri kapitalı təmin edəcək.

Bu kredit həmçinin AccessBank-a bazarın strateji əhəmiyyətli seqmentinə çıxış imkanı verəcək və Azərbaycanda gənclərə məxsus və gənclər tərəfindən idarə olunan müəssisələr üçün güclü investisiya potensialını nümayiş etdirəcək. 

Avropa İttifaqı (Aİ) bu krediti Avropa Davamlı İnkişaf Fondu Plus (EFSD+) çərçivəsində təqdim etdiyi "Qonşuluqda Maliyyə İnklüzivliyi" proqramı vasitəsilə ilkin zərər riskinin qarşılanması formasında dəstəkləyir.

Kredit Azərbaycanda AYİB-in “Gənclər Biznesdə” proqramı çərçivəsində verilən ilk maliyyə dəstəyidir və ölkənin gənc sahibkarlarını dəstəkləmək istiqamətində mühüm mərhələni qeyd edir. Kiçik və orta sahibkarlıq subyektləri güclü iqtisadiyyatların dayağıdır və gənclər sahibkarlığının dəstəklənməsi Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və özəl sektoru gücləndirmək baxımından həlledici əhəmiyyət daşıyır.

AYİB-in “Gənclər Biznesdə” proqramı artıq Mərkəzi Asiya, Misir, Mərakeş, Türkiyə və Qərbi Balkanlarda fəaliyyət göstərir. Proqramın məqsədi gənc sahibkarların mülkiyyətində və ya idarəçiliyində olan KOS-ların həm maliyyə, həm də qeyri-maliyyə xidmətlərinə çıxışını təmin etməkdir.

AYİB Azərbaycanda aparıcı institusional investor olaraq qalır və indiyədək ölkədə 200 layihə vasitəsilə 3,7 milyard avro investisiya yatırıb. Bankın Azərbaycan üzrə strategiyası qeyri-neft sektorunun və yerli maliyyə qurumlarının dəstəklənməsinə, həmçinin yaşıl iqtisadiyyata investisiyaların artırılmasına yönəlib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment