Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” Banklararası intellektual yarışmanın qalibləri məlum olub.
15 dekabr 2025-ci il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.
13 bankdan 80 əməkdaşın iştirak etdiyi yarışmanın qalibi “Kapital Bank” ASC komandası olub.
Belə ki, “Kapital Bank” ASC komandası mümkün 36 sualdan 32-ə doğru cavab verərək I yerə, “ABB” ASC isə mümkün 36 sualdan 30-na cavab verərək 2-ci yerə layiq görülüb. III yerin qalibi isə mümkün 36 sualdan 29-nu cavablandıran “Unibank” KB ASC komandası olub.
Xatırladaq ki, ötən yarışmada “Kapital Bank” ASC I, “ABB” ASC II, “Unibank” KB ASC isə III yerdə qərarlaşıb.
Yarışın ilk 3 yerinin reytinqini diqqətinizə çatdırırıq.
Sıra Komanda Xal
I “Kapital Bank” ASC 32
II “ABB” ASC 30
III “Unibank” KB ASC 29