“Şirvan” gömrük postunda regionda yerləşən sənaye parklarının və məhəllələrinin rezidentlərinin nümayəndələri ilə görüş keçirilib.
“Şirvan” gömrük postunun və Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə gömrük-biznes əməkdaşlığı çərçivəsində reallaşan görüş sənaye parklarına, məhəllələrinə gətirilən və aparılan mallara dair rəsmiləşdirmə prosesi üzrə istiqamətləndirmənin həyata keçirilməsi, bu sahədə metodoloji dəstəyin göstərilməsi, qarşıya çıxan məsələlərin operativ qaydada həll edilməsi, yeniliklər barədə sahibkarların məlumatlandırılması məqsədilə təşkil edilib.
Görüşdə gömrük dəyərinin müəyyən edilməsi üsulları, “Məcburi qərarlar” və “İkipilləli buraxılış sistemi” layihələri ilə bağlı ətaflı məlumat verilib.
Həmçinin “Etibarlı Tərəfdaş Konsepsiyası”nın gömrük-biznes əməkdaşlığını, qarşılıqlı etimad mühitini gücləndirməklə yanaşı, ticarətin asanlaşdırılmasına, gömrük əməliyyatlarının sadələşdirilməsinə, biznes proseslərin sürətləndirilməsinə mühüm töhfə verəcəyi bildirilib.
Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onların sualları cavablandırılıb.