Digər xəbərlər


Maliyyə naziri Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
17.12.2025

Maliyyə naziri Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Dekabrın 17-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev BMT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı səlahiyyət müddətinin bitməsi münasibətilə qəbul edib.

Görüşdə cari ilin oktyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ətrafında fikir mübadiləsi aparılıb. Sənədin milli inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə uyğunluğu, eləcə də onun praktiki nəticələrə çevrilməsi imkanları müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış Çərçivə Sənədi “2022–2026 Sosial-İqtisadi İnkişaf Strategiyası”na uyğun olaraq Azərbaycanda inklüziv iqtisadi artımın təşviqi, insan inkişafının gücləndirilməsi, iqlim və ekoloji dayanıqlığın artırılması, eləcə də “yaşıl artım” və ədalətli keçid məqsədlərinə xidmət edən əsas platforma rolunu oynayacaq.

Nazir Sahil Babayev Azərbaycanın milli inkişaf gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə formalaşmış çoxşaxəli tərəfdaşlığının əhəmiyyətli rol oynadığını vurğulayıb, həmçinin bu tərəfdaşlığın daha da genişləndirilməsi və təşəbbüslərin səmərəli icrası istiqamətində Azərbaycanın mövcud prioritetlərini qarşı tərəfin diqqətinə çatdırıb.

Xanım V. Andreyeva Azərbaycanda dörd il yarımdan artıq davam edən səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında formalaşmış yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkürünü bildirib. O, bu əməkdaşlığın Azərbaycanda milli inkişaf gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin icrasında mühüm rol oynadığını qeyd edərək, BMT-nin Azərbaycanla əməkdaşlığının, xüsusilə də “2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası vasitəsilə davam etdirilməsinə sadiqliyini bir daha vurğulayıb.

Sonda nazir S. Babayev rezident əlaqələndiricinin fəaliyyəti dövründə BMT ilə Azərbaycan arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment