Banklar


AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $10 milyon kredit cəlb edib
15.12.2025

Azərbaycanın mikro, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsi sahəsində aparıcı kredit təşkilatlarından biri olan və 250 000-dən çox müştəriyə xidmət göstərən AccessBank, responsAbility Investment AG ilə əməkdaşlığını genişləndirərək, üç il müddətinə 10 milyon ABŞ dolları məbləğində kredit cəlb edib. Kredit responsAbility tərəfindən idarə olunan iki maliyyə inklüzivliyi fondu vasitəsilə maliyyələşdirilib.

Bu kreditləşmə AccessBank-ın cari il ərzində ümumi borclanma həcmini 22,5 milyon ABŞ dollarına çatdırır və əvvəlki maliyyə vəsaitlərinin uğurla təkrar kreditləşdirilməsindən sonra Bank ilə responsAbility arasında əməkdaşlığın daha da möhkəmləndiyini göstərir. Bu, həmçinin responsAbility-nin AccessBank-a davamlı etimadının bariz göstəricisidir.

Cəlb olunan vəsaitlər Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsinə, o cümlədən Bankın əsas prioritetlərindən biri olan mikrokreditlərin maliyyələşdirilməsinə sərf olunacaq.

responsAbility dünyada impact-investisiyalar sahəsində aktivlərin idarə edilməsi və inkişaf yönümlü investisiya şirkətləri arasında aparıcı qurumlardan biri kimi tanınır. Şirkət əsasən inkişaf edən və yüksələn bazarlara yönəlmiş biznes modellərinə malik özəl şirkətləri hədəfləyən xüsusi borc və kapital yerləşdirmələri təklif edən müxtəlif investisiya alətlərini idarə edir.  2003-cü ildə təsis olunduğu gündən responsAbility 17,1 milyard ABŞ dollarından artıq impact-investisiyalar həyata keçirib. 30 sentyabr 2025-ci il tarixinə olan məlumata görə, şirkət 5,4 milyard ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin altı ofisdə 280-dən çox əməkdaşı var və portfeli təxminən 70 ölkədə fəaliyyət göstərən 330-a yaxın şirkəti əhatə edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-i bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar


Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  


*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment