Dekabrın 16-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İSİN kodunun verilmə tarixi 2025-ci il 24 sentyabr
Qiymətli kağızın İSİN kodu AZ0201120042
İstiqrazın növü kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın nominal dəyəri 100,00 (bir yüz) manat
Qiymətli kağızın miqdarı 600.000 (altı yüz min) ədəd
Məcmu nominal dəyəri 60.000.000,0 (altmış milyon) manat
Kupon dərəcəsi 7,5%
Tədavül müddəti 1080 gün
Kupon ödənişləri 2026-cı il 07 aprel, 2026-cı il 07 oktyabr
2027-ci il 07 aprel, 2027-ci il 07 oktyabr
2028-ci il 07 aprel, 2028-ci il 07 oktyabr
Əsas məbləğin ödəniş tarixi 2028-ci il 07 oktyabr
Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.