Digər xəbərlər


Məktəblilərarası Maliyyə Savadlılığı Viktorinasının final mərhələsi başa çatdı
12.12.2025

13–15 yaşlı məktəblilər arasında təşkil olunan Maliyyə Savadlılığı Viktorinasının final mərhələsi uğurla yekunlaşıb. Layihə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA), həmçinin Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilati dəstəyi və ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə həyata keçirilib.

Final mərhələsində 20 məktəbli iştirak edib. İlk üç yeri tutan şagirdlər böyük mükafat və qalib sertifikatı ilə təltif olunublar:

I yer –   Novruzov Zeynəlabidin Elşad oğlu (S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası)

II yer –  Əhmədzadə Səmra Dəyanət qızı (Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya)

III yer – Əliyev Fariz Ariz oğlu (Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya)

Digər 17 şagird isə müxtəlif hədiyyələr və iştirakçı sertifikatı ilə mükafatlandırılıb.

Qeyd edək ki, viktorina “Bank VTB Azərbaycan” ASC, “Ziraat Bank Azərbaycan” ASC, Azərbaycan Banklar Assosiasiyası və ABA-ya üzv digər bankların maliyyə dəstəyi ilə təşkil olunmuşdur.

Gələcəkdə də bu kimi layihələrin davam etdirilməsi nəzərdə tutulur. Məqsəd məktəblilər arasında maliyyə savadlılığının davamlı şəkildə artırılması, onların şəxsi maliyyə idarəetməsi, büdcə planlaması, təhlükəsiz bankçılıq və rəqəmsal ödəniş bacarıqlarının möhkəmləndirilməsidir. Bu cür təşəbbüslər gənclərin gələcək maliyyə davranışlarına müsbət təsir göstərməklə onların maliyyə savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə verir.

Tədbirin təşkilatçılarından olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa İttifaqının təşəbbüsü ilə yaradılıb və Azərbaycan Banklar Assosiasiyasının törəmə qurumudur. Bu günədək mərkəz tərəfindən 250-yə yaxın təlim mövzusu üzrə 38 mindən çox dinləyiciyə 2600-dən artıq təlim keçirilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (VTP) — iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən ödənişsiz platformadır.

VTP-nin əsas məqsədi müvafiq təhsil istiqamətlərində bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim üsullarını müasir formatda təqdim etməkdir. Virtual Təhsil Platformasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.

İstifadəçilər platformada istənilən vaxt qeydiyyatdan keçərək seçdikləri kurs üzrə video-mühazirələrə, testlərə və digər tədris materiallarına çıxış əldə edə bilərlər. Tədris prosesi mərhələli mənimsəmə və özünütəhsil prinsiplərinə əsaslanır. Kursları müvəffəqiyyətlə başa vurmuş və yekun qiymətləndirmədə uğurlu nəticə əldə etmiş istifadəçilərə Mərkəzi Bank tərəfindən müvafiq sertifikat təqdim olunur.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment