Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının əməkdaşı Çiçək Rəşidovanın oğlu beynəlxalq robototexnika yarışında uğur qazanıb
11.12.2025

Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin tibb qeydiyyatçısı Çiçək Rəşidovanın oğlu Amin Rəşidli Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən “Əl Yapon Robot Suma” beynəlxalq yarışında yüksək nəticə göstərərək sertifikatla təltif edilib.

Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev Amin Rəşidli ilə görüşərək onun nailiyyətini yüksək dəyərləndirib, əldə etdiyi uğurun hamı üçün qürurverici olduğunu bildirib. Baş həkim Bəxtiyar Musayev Aminin gənc yaşda texnologiya və robototexnika sahəsinə göstərdiyi marağın alqışlanmalı olduğunu vurğulayaraq ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb.

Qeyd edək ki, yarışda robotların idarə olunması sahəsində öz bacarıqlarını nümayiş etdirən Amin Rəşidli dəqiqliyi, düzgün manevr etmə qabiliyyəti və texniki hazırlığı ilə münsiflər heyətinin diqqətini cəlb edib. Onun göstərdiyi nəticə iştirakçılar arasında fərqlənərək xüsusi sertifikatla qiymətləndirilib. “Əl Yapon Robot Suma” yarışları gənclər arasında texniki yaradıcılığın inkişafını təşviq edən beynəlxalq platforma kimi tanınır və iştirakçıların mühəndislik bacarıqlarının ortaya çıxmasına mühüm töhfə verir.

Amin Rəşidlinin atası  Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tural Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Rəşidov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi və kollektivi Xəstə Xidmətləri şöbəsinin tibb qeydiyyatçısı Çiçək Rəşidovanı  və gənc istedad Amin Rəşidlini təbrik edir, ona  gələcəkdə robototexnika və mühəndislik sahəsində daha böyük nailiyyətlər əldə etməyi arzulayır!

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment