“AFB Bank” ASC-yə məxsus AZ1005008599 İSİN kodlu sənədsiz adlı adi səhmlərinin nominal dəyərinin artırılması ilə əlaqədər olaraq, qeyd olunan səhmlər “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmentinə alınır.
Qərara əsasən, AZ1005008599 ISIN kodlu qiymətli kağızlarların nominal dəyəri 1.265 (bir min iki yüz altmış beş manat), qiymətli kağızlarların miqdarı isə 47 202 (qırx yeddi min iki yüz iki ədəd) təyin edilmişdir.