Azərbaycan Respublikasının Şanlı Zəfərinin 5-ci ildönümündə Dövlət Neft Fondu gələcək nəsillərə xidmət missiyasına uyğun və eləcə də, insan kapitalının inkişafı və təhsilin dəstəklənməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamı olaraq, Qarabağ Universitetinin tələbələri üçün “Zəfərdən Gələcəyə” Mentorluq Proqramını təqdim edir.
Proqramın məqsədi gənc nəsildə iqtisadiyyat və maliyyə sahələrinə marağı artırmaq, onların peşəkar istiqamətləndirilməsinə və bilik səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir. Bu məqsədlə proqram Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin 2-ci və 3-cü kurs tələbələrini əhatə edir və Dövlət Neft Fondunun ekspertləri tərəfindən mentorluq dəstəyi ilə həyata keçiriləcəkdir.
Seçim tələbləri:
Təhsil: Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin 2-ci və 3-cü kurs tələbəsi olmaq;
Maraq və motivasiya: İnvestisiya və maliyyə sahəsində karyera qurmaq istəyi;
Akademik göstəricilər: Ümumi orta qiymət balı (GPA) minimum 88/100 və ya ekvivalent;
Motivasiya məktubu: hər biri 300 söz olmaqla 3 sual;
Xarici dil: İngilis dili (minimum B1 səviyyəsi).
Seçim mərhələləri:
Müraciətlərin qəbulu: 10 dekabr – 30 dekabr 2025-ci il
İlkin seçim: 6 - 15 yanvar 2026
Onlayn müsahibələr: 15 – 23 yanvar 2026
Yekun seçim: 9 fevral 2026
Bu təşəbbüs Qarabağ Universitetinin tələbələrinə Fondun fəaliyyəti və maliyyə idarəçiliyi prinsipləri ilə yaxından tanış olmaq, eyni zamanda gələcək karyera planlarını daha məqsədyönlü şəkildə formalaşdırmaq imkanı yaradacaq. “Zəfərdən Gələcəyə” proqramı Fondun bilik və təcrübəsinin paylaşılması yolu ilə ölkənin dayanıqlı inkişafına və regionun intellektual potensialının güclənməsinə xidmət edir.
Proqramın müddəti 2026-cı ilin fevral-aprel aylarını əhatə edir.
Müraciətlərin qəbulu üçün son tarix: 30 dekabr 2025-ci il
https://oilfund.az/victory