Digər xəbərlər


Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zirvəsi”
10.12.2025

Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və partiyanın Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

“Bakı KOB evi”ndə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir: “Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Əldə olunan uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası dayanır”.

Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva ölkəmizin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan danışıb. Z.Musayeva bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi adını tariximizə əbədi həkk etdirib: “Bu gün məhz Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yeni zirvələr fəth edir. Uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Vətən müharibəsində şanlı Qələbə qazandı, lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu”.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev xalqımızın tarixində silinməz iz qoymuş, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasətində öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə seçilən dahi şəxsiyyətdir. O.Məmmədov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan iqtisadiyyatını yeni fəlsəfi əsaslarla qurmasıdır: “Ümummilli Lider Heydər Əliyevin iqtisadi strategiyasında sahibkar və sahibkarlıq fəaliyyəti xüsusi rol oynayır. Ulu Öndər sahibkarlığı milli iqtisadi gücün əsas dayağı kimi qiymətləndirirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə sahibkarlığın hüquqi bazası formalaşdı, özəl mülkiyyətin toxunulmazlığı, azad rəqabət, əlverişli investisiya mühiti, KOB-ların dəstəklənməsi kimi prinsiplər dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi”.

O.Məmmədov qeyd edib ki, bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan bütün mexanizmlər - investisiyaların təşviqi, güzəştli kredit mexanizmi, rəqəmsal xidmətlər və yeni iqtisadi yanaşmalar əsasında biznes mühitinin yaxşılaşdırılması məhz Ulu Öndərin əsasını qoyduğu təməl üzərində Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə isə mövzu ilə bağlı məruzəçi qismində çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini deyib: “Azərbaycan xalqı çox xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi Lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. O, özündə bütün keyfiyyətləri birləşdirmişdi”.

Dilarə Seyidzadə qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev çətin anlarda xalqına dayaq oldu. O bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Ulu Öndərin torpaq, Vətən sevgisi böyük idi. “Mən “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın işğaldan azad olunmasını xüsusi vurğulamaq istəyirəm. O yumruqda xalqımızın birliyini görürəm. Bu, milli birlikdir, Heydər Əliyevin arzusunun reallıqda təsdiqidir. 44 gündə Azərbaycan bütün dünyaya göstərdi ki, qalib ölkədir. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. O, xalqını, dövlətini elə böyük məhəbbətlə sevirdi ki, Azərbaycana İlham Əliyev kimi dövlətini, xalqını sevən lideri bəxş etdi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirin. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan bütün sahələrdə inkişaf edir. Ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsi üçün görülən işlər Heydər Əliyev siyasətinin təntənəsidir”, - deyə YAP Veteranlar Şurasının üzvü vurğulayıb.

Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.

Sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment