Banklar


Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
10.12.2025

Qafqazın ilk rəqəmsal ekosistemi Bir, müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, ötən ay ərzində ekosistem brendləri nəqliyyatdan, rəqəmsal ödənişlərədək bir çox yeniliklərlə müştərilərini sevindirib.  

Birbank-la ictimai nəqliyyat sistemində yeni dövr başladı 

Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar, Bakı Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər. BakıKart-la birgə həyata keçirilən yenilik, təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir. Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin qısa zamanda marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulur.

Bir Bonusla taksi ödənişləri daha sərfəli oldu 

Bir ekosistemi partnyor şəbəkəsini genişləndirməyə davam edir. Bu isə müştərilərə qazandıqları bonusları daha geniş arenada xərcləmək imkanı yaradır. Ötən aydan etibarən Bir Bonuslular qazandıqları bonusları Yango-da taksi gedişlərinin ödənişi zamanı istifadə edə bilərlər. Bunun üçün Yango tətbiqində Bir ID ilə qeydiyyatdan keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir. İstifadəçilər səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəmək imkanına sahibdilər. Bir bonus 1 manata bərabərdir və cari bonus balansı birbaşa Yango tətbiqində əks olunur. Bir ekosistemi və Yango arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını rahatlaşdırmaqla yanaşı, bonuslardan istifadə sferasını da xeyli genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə dəyər qatır. 

Birmarket-də “Google Pay” və “Apple Pay”lə ödəniş rahatlığı

Artıq Birmarket-də alış-veriş edənlər üçün ödəniş rahatlığı maksimum həddə çatdı. Belə ki, tətbiq edilən yeniliklə istifadəçilər artıq Birmarket alış-verişlərində ödənişlərini kart məlumatlarını əlavə etmədən “Google Pay” və ya “Apple Pay” vasitəsilə rahatlıqla edə bilərlər.  

m10 ilə rəqəmsal səsvermə imkanı

Artıq m10 tətbiqində rəqəmsal səsvermə imkanı da mövcuddur. İlk dəfə “Kəlmə-kəlməyə” layihəsi ilə əməkdaşlıq çərçivəsində tətbiq edilən yenilik şou dünyasında yeni dövrə start verir. Belə ki, söz sənətinin həvəskarları dəstəklədikləri iştirakçılara m10 üzərindən səs verə bilərlər. 


m10-da yadda saxlanılmış bank kartı ilə ödəniş

m10 istifadəçilərinə daha bir rahatlıq təqdim edir. Belə ki, indi m10 balansı az və ya sıfır olduqda belə istifadəçilər ödənişləri və köçürmələri birbaşa yadda saxlanılmış bank kartı vasitəsilə həyata keçirə bilərlər.

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment