Banklar


Bank “BTB” ASC “Öncə faiz!” əmanət kampaniyasına start verir!
10.12.2025

Bank “BTB” ASC 10 dekabr 2025-ci il tarixindən etibarən müştərilərinə sərfəli şərtlərlə “Öncə faiz!” adlı yeni əmanət kampaniyasını təqdim edir. Kampaniyanın əsas üstünlüyü – müştərilərin Banka yerləşdirdikləri əmanətlərinə görə faiz gəlirlərini dərhal əldə etməsidir.

Yeni kampaniya çərçivəsində müştərilər manatla olan vəsaitlərini 6 aydan 24 ayadək müddətə yerləşdirə bilərlər. Müddətə uyğun olaraq faiz dərəcələri aşağıdakı kimi müəyyən edilmişdir:

Əmanəti 

6-12 ayadək yerləşdirdikdə, faiz gəlirlərini dərhal əldə etməklə 11%; 

13-18 ayadək yerləşdirdikdə, faiz gəlirlərini dərhal əldə etməklə 10,5%; 

19-24 ayadək yerləşdirdikdə, faiz gəlirlərini dərhal əldə etməklə 9 %, təşkil edəcək.

Əmanət yerləşdirilən tarixdə müddətə uyğun olaraq hesablanmış faiz məbləği əvvəlcədən ödənilir ki, bu da gəlirdən dərhal istifadə etmək imkanı yaradır və müştəriyə maliyyə planlamasında çeviklik qazandırır. Kampaniya 31 yanvar 2026-cı il tarixinədək qüvvədə olacaqdır. 

Qeyd edək ki, Bank “BTB” ASC-ə yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq - 100.000 AZN məbləğində olan əmanətlər sığortalanır, bu da əmanətçinin vəsaitinin təhlükəsizliyinə zəmanət verir.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli, 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Hal-hazırda bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 8 xidmət nöqtəsi ilə həm korporativ, həm də pərakəndə bankçılıq sahəsində müştərilərə geniş çeşidli məhsul və xidmətlər təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 440 09 46 WhatsApp nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment