Digər xəbərlər


AZAL AİB-nin dəstəyi ilə dayanıqlı aviasiya sahəsində texniki layihəyə başladı
09.12.2025

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) və Asiya İnkişaf Bankı (AİB) “ESG-nin əməliyyatlaşdırılması” (Ətraf mühit, Sosial və İdarəetmə) texniki dəstək layihəsinin başlanması və dayanıqlılıq sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb. 

Layihə aviaşirkətin ətraf mühit, korporativ idarəetmə və əməliyyat proseslərinə dayanıqlı inkişaf prinsiplərinin sistemli şəkildə inteqrasiyasını, biznes dəyərinin artırılmasını və dayanıqlı investisiya imkanlarının genişləndirilməsini nəzərdə tutur. 

Memorandum “AZAL” QSC-nin prezidenti Samir Rzayev və AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal tərəfindən imzalanıb. Tədbirdə AİB-nin regional direktoru Enriko Pinali, həmçinin AZAL və bankın nümayəndələri iştirak ediblər.

AİB tərəfindən maliyyələşdirilən texniki dəstək layihəsinin elan olunması və tərəflər arasında imzalanan Memorandum 7 dekabr – Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunub. Bir il müddətinə həyata keçiriləcək “ESG-nin əməliyyatlaşdırılması” layihəsi çərçivəsində ESG prinsiplərinin əsas idarəetmə və əməliyyat proseslərinə inteqrasiyası təmin ediləcək. 

Layihə, həmçinin dayanıqlı maliyyələşdirmə və “yaşıl” aviasiya təşəbbüslərinin inkişafı, biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələrin hazırlanması, əməkdaşların bu sahə üzrə bilik və bacarıqlarının artırılması, eləcə də ən müasir ESG hesabatlılıq sisteminin formalaşdırılmasını nəzərdə tutur.

“AİB ilə bu əməkdaşlıq dayanıqlı inkişaf strategiyamızın həyata keçirilməsində mühüm mərhələdir. AZAL ESG təcrübələrinin tətbiqinə və investisiya imkanlarının genişləndirilməsinə, eləcə də maliyyə institutları ilə tərəfdaşlıqların gücləndirilməsinə xüsusi önəm verir. Fəaliyyətimizi Azərbaycanın milli inkişaf məqsədləri və qlobal çağırışlarla uzlaşdıraraq aviasiya sektorunun dayanıqlı transformasiyasına töhfə verməkdə qərarlıyıq. Əminik ki, bu birgə layihə maliyyə təşəbbüslərinin reallaşdırılmasına və Azərbaycanda, o cümlədən regionda dayanıqlı aviasiyanın inkişafına əlavə təkan verəcək,” – deyə “AZAL” QSC-nin prezidenti Samir Rzayev bildirib.

“Asiya İnkişaf Bankı Azərbaycanın aviasiya sektorunda dayanıqlılığın artırılması istiqamətində texniki dəstək göstərməklə AZAL ilə tərəfdaşlığını genişləndirməkdən məmnundur. Bu təşəbbüs ətraf mühit, sosial məsuliyyət və idarəetmə prinsiplərinin AZAL-ın əsas biznes proseslərinə inteqrasiyası üzrə ortaq öhdəliyimizi əks etdirir və aviaşirkətin dayanıqlı inkişaf hədəflərinə xidmət edir. Beləliklə, Azərbaycanın dayanıqlı inkişaf prioritetləri naminə yaşıl və innovativ aviasiyanın inkişafına əhəmiyyətli töhfə verməyi qarşımıza məqsəd qoyuruq”, – deyə AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal qeyd edib.

Həmçinin AİB ilə AZAL arasında əməkdaşlığın digər istiqamətləri də nəzərdən keçirilir. Təmiz enerji təşəbbüsləri, emissiyaların kompensasiya olunması üzrə kreditlər, yaşıl istiqrazlar, dairəvi iqtisadiyyat və s. kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri araşdırılır.

AİB ilə bu yeni əməkdaşlıq AZAL-ın ESG strategiyasının və “Sıfır/Sıfıra Yaxın Emissiya Planı”nın (“Net/Near Zero Emissions”) icra olunmasında uzunmüddətli real perspektivlər yaradır. Eyni zamanda aviaşirkət regional əlaqəliliyin gücləndirilməsi, yeni tərəfdaşlıqların inkişafı, ESG üzrə statistik məlumatların təhlili, iqlim risklərinin investisiya layihələrinə inteqrasiyası, beynəlxalq standartların tətbiqinin davam etdirilməsi, həmçinin şəffaflıq və hesabatlılığın artırılması istiqamətində mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment