Milli Məclis Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanunu qəbul edib
Dekabrın 9-da Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul edilib.
İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri də iştirak ediblər.
Qəbul edilmiş qanuna əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 faizi həcmindədir.
Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub.
Milli Məclisin plenar iclasında həmçinin, 2026-cı ilin icmal büdcəsinə daxil olan əsas maliyyə sənədləri də III oxunuşda səsə qoyularaq qəbul edilib.