Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında "Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü"nə həsr edilmiş maarifləndirici tədbir keçirilib
09.12.2025

Prezident İlham Əliyevin 4 aprel 2022-ci il Sərəncamına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Dövlət Gömrük Komitəsinin 2025-ci il üçün Tədbirlər Planı”na uyğun olaraq Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması çərçivəsində 2025-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı 5 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında "Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü"nə həsr edilmiş maarifləndirici tədbir keçirilib.

Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Xidməti Araşdırma Şöbəsinin rəisi Elşən Tağıyev və Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım salamlama nitqi ilə çıxış ediblər. 

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov korrupsiyaya qarşı mübarizənin dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi səhiyyə sistemində də şəffaflıq və etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. İdarə rəisi Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında yüksək etik davranış mədəniyyətinin, şəffaflıq prinsipinin və ictimai etimadın qorunması istiqamətində görülən işlər barədə danışaraq, bütün əməkdaşları bu prosesdə fəal iştirak etməyə, göstərilən xidmətlərin keyfiyyətində ədalət, obyektivlik və məsuliyyət prinsiplərinə daim sadiq qalmağa çağırıb.

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev “Mərkəzi Gömrük Hospitalının iş prosesinin şəffaf və peşəkar qurulması istiqamətində həyata keçirilən davamlı tədbirlər” mövzusunda,  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova  “Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizənin hüquqi aspektləri” mövzusunda və Mərkəzi Gömrük Hospitalının böyük tibb bacısı Ətayə Vəliyeva  “Korrupsiya ilə mübarizədə tibb bacısının rolu” mövzularında çıxış ediblər. 

Mərkəzi Gömrük Hospitalının rəsi-baş həkim Bəxtiyar Musayev çıxışında çıxış edərək iş prosesində korrupsiyaya şərait yaradan halların qarşısının alınması sahəsində həyata keçirilən mütəmadi xarakterli tədbirlər və korrupsiya hüquqpozmalarına qarşı ciddi və səmərəli mübarizə üsulları barədə ətraflı məlumat verib. Dr.Bəxtiyar Musayev  korrupsiyaya qarşı mübarizənin qanunvericiliyin tələbi ilə yanaşı hər bir əməkdaşın şəxsi məsuliyyəti və vicdanlı fəaliyyətinin göstəricisi olması, şəffaflıq, ədalət və etimad prinsiplərinin qorunmasının xəstə məmnuniyyətinin artırılması, ümumi iş mühitinin sağlamlaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb.

Tədbir zamanı iştirakçılara korrupsiyanın anlayışı və mahiyyəti, onun sosial-hüquqi nəticələri, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətləri, korrupsiya hüquqpozmalarının növləri, həmin hüquqpozmalara görə tətbiq olunan məsuliyyət tədbirləri, mədəniyyət sahəsinə xas korrupsiya riskləri, eləcə də bu sahədə profilaktik və institusional mexanizmlər barədə geniş məlumat verilib.

Tədbirin sonunda korrupsiyaya qarşı maarifləndirməni əks etdirən videoçarx təqdim olunub və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment