Digər xəbərlər


Gömrük-Biznes Forumu keçirilib
09.12.2025

Dekabrın 8-də Dövlət Gömrük Komitəsinin təşkilatçılığı, "bp" şirkətinin texniki dəstəyi ilə “Gömrük-Biznes Forumu 2025” keçirilib.

Forumun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılmasıdır.

Forumda dövlət və özəl sektorun nümayəndələri, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gömrük sistemi ardıcıl və dərin transformasiya mərhələsindən keçərək müasir iqtisadi idarəetmə institutu statusuna yüksəlib. Qeyd olunub ki,  gömrük sistemi rəqəmsal innovasiyalar üzərində qurulur, iqtisadi fəallığı artırır, ticarət axınlarını sürətləndirir, ölkəmizin regional və logistika qovşağı kimi mövqeyini gücləndirir.

Gömrük islahatları çərçivəsində bir neçə gün öncə Prezident İlham Əliyev tərəfindən imzalanan “Etibarlı Tərəfdaş Konsepsiyası”nı xüsusi vurğulayan Şahmar Mövsümov konsepsiyanın sahibkarlıq subyektlərinin maraqlarının qorunmasını, gəlir sahələrinin artırılmasını və gömrük xidmətlərinin modernləşdirilməsini təmin edəcəyini, biznes subyektlərinə daha çevik ixrac mexanizmlərinin təqdim olunacağını diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov qeyd edib ki, artıq ənənəyə çevrilmiş Gömrük-Biznes Forumu Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasına uyğun olaraq dövlət-biznes münasibətlərinin inkişafına, qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə və iqtisadi islahatların səmərəli icrasına xidmət edən mühüm dialoq platformasına çevrilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasət nəticəsində gömrük orqanlarında reallaşdırılan strateji islahatlar, müasir rəqəmsal həllər və innovativ layihələrin tətbiqi gömrük orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsini təmin etməklə yanaşı, biznes subyektləri ilə qarşılıqlı etimad və əməkdaşlıq mühitinin gücləndirilməsinə, xarici iqtisadi əlaqələrin daha şəffaf və çevik şəkildə qurulmasına təkan verib.

“bp” şirkətinin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli biznes və dövlət arasında möhkəmlənmiş institusional etimadın iqtisadi artımın həm kəmiyyət, həm də keyfiyyət baxımından davamlı olmasına şərait yaratdığını bildirib, özəl sektora göstərilən dəstək mexanizmlərindən, təmsil etdiyi qurumla gömrük orqanları arasındakı işgüzar və səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib.

Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan “Gömrük rəsmiləşdirilməsi Platformasının (GRP) yeni rəqəmsal həlləri”, “Rəqəmsal əməkdaşlıq platforması” layihələrinin təqdimatı keçirilib.

Forumda, həmçinin xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində gömrük və aidiyyəti dövlət orqanlarının birgə həyata keçirdiyi yeniliklərlə bağlı təqdimatlar nümayiş olunub, “Xarici ticarətin təşviqi-gömrük prosedurları”, “Tranzit və logistika-gömrük əməliyyatları” mövzularında sahəvi müzakirələr keçirilib.

Yekunda keçirilən “Açıq qapı” çərçivəsində forum iştirakçıları Dövlət Gömrük Komitəsinin rəqəmsallaşma sahəsindəki fəaliyyəti, monitorinq imkanları və Gömrük Tarixi Muzeyi ilə tanış olublar.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment