Digər xəbərlər


2025-ci ilin yanvar-noyabr aylarında icmal və dövlət büdcələrinin gəlirləri proqnozu üstələyib
08.12.2025

2025-ci ilin 11 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Cari ilin yanvar-noyabr ayları ərzində icmal büdcənin gəlirləri 43 855,2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 526,0 milyon manat və ya 6,1 faiz üstələyib.

Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 35 625,6 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 15 310,5 milyon manat təşkil edərək proqnozdan 745,5 milyon manat və ya 5,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 41,6 milyon manat təşkil edərək proqnozdan 10,2  milyon manat və ya 32,5 faiz çox, Dövlət Neft Fondundan transfert isə 13 274,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 752,2 milyon manat təşkil edərək proqnoza qarşı 96,6 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 592,3 milyon manat təşkil edərək proqnoza qarşı 72,7 faiz, sair daxilolmalar isə 654,7 milyon manat təşkil edərək proqnoza qarşı 99,1 faiz icra olunub.

2025-ci ilin 11 ayı ərzində icmal büdcənin xərcləri 36 784,3 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 11 aylıq icra göstəriciləri ilə müqayisədə 1 397,6 milyon manat və ya 3,9 faiz çoxdur. 

Həmin dövrdə dövlət büdcəsinin xərcləri 31 414,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 376,6 milyon manat  və ya 1,2 faiz çoxdur.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment