Neft və qaz


ARDNF rəhbərliyinin Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində beynəlxalq tərəfdaşlarla görüşlər və regional investisiya müzakirələri
08.12.2025

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə işgüzar səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti yüksək səviyyəli beynəlxalq qurumların rəhbərləri və özəl sektorun aparıcı təmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq və investisiya imkanları üzrə müzakirələr aparmışdır.

Səfər zamanı ARDNF nümayəndə heyəti “CVC” Şirkətlər Qrupunun həmtəsisçisi və sədri Rolli van Rapard ilə görüş keçirmişdir. Görüşdə Fondun “CVC” ilə uzunmüddətli əməkdaşlığının hazırkı mərhələsi, müxtəlif aktiv sinifləri üzrə investisiya portfelinin genişləndirilməsi imkanları və qlobal bazarlarda formalaşan yeni trendlər müzakirə edilmişdir.

Nümayəndə heyəti daha sonra “Milken” İnstitutun sədri Maykl Milken ilə görüşmüşdür. Kapital bazarlarının inkişafında mühüm rol oynaması ilə tanınan və uzun illərdir qlobal maliyyə, səhiyyə və təhsil sahələrində təşəbbüslərə dəstək göstərən Maykl Milken ilə keçirilmiş görüşdə institusional investorlara təsir edən qlobal tendensiyalar, davamlı investisiya meyilləri və müxtəlif regionlar üzrə strateji istiqamətlər müzakirə edilmişdir. Tərəflər həmçinin gələcək əməkdaşlıq və bilik mübadiləsi imkanlarını nəzərdən keçirmişlər.

ARDNF nümayəndə heyəti Əbu-Dabidə “Milken” İnstitut tərəfindən təşkil olunan “2025 Middle East & Africa” Sammitində də iştirak etmişdir. ARDNF-in icraçı direktorun müavini Rövşən Cavadov Sammit çərçivəsində keçirilmiş “Asiya və Yaxın Şərq arasında investisiya və biznes əlaqələri” adlı paneldə spiker qismində çıxış etmişdir.

Panel müzakirələri zamanı Rövşən Cavadov Asiya və Yaxın Şərq arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini, kapital, innovasiya və istedad axınını gücləndirən yeni tərəfdaşlıq modellərinin formalaşdığını qeyd etmişdir. O, suveren fondların regional dəyər zəncirlərinin möhkəmləndirilməsi, bazar inteqrasiyasına dəstək və iqtisadiyyatın şaxələndirilməsi prosesinə verdiyi töhfələr barədə məlumat vermişdir. Rövşən Cavadov əlavə etmişdir ki, ARDNF uzunmüddətli və dayanıqlı investisiya yanaşması çərçivəsində hər iki regionda yaranan yeni imkanları yaxından izləyir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment