Dekabrın 4-də Dövlət Gömrük Komitəsi tərəfindən İƏT üzv dövlətləri gömrük xidmətlərinin əməkdaşları üçün onlayn formatda təlim keçirilib.
“Tekstil materiallarının təsnifat xarakteristikası” mövzusunda keçirilən təlim gömrük sahəsində potensialın gücləndirilməsi məqsədilə təşkil olunub.
İƏT üzv dövlətlərin gömrük xidmətlərinin 50-dən çox nümayəndəsinin iştirak etdiyi təlim çərçivəsində Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin əməkdaşları tərəfindən liflərin və sapların təsnifatı, tekstil toxuma növlərinin, tül və tikmə parçaların müəyyənləşdirilməsi və təsnifatı, xovlu parçaların təsnifatı, xalçaların və tekstil materiallarının müəyyənləşdirilməsi və təsnifatındakı problemlər mövzularında təqdimatlar əsasında ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.