Neft və qaz


ARDNF-nin icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Bəhreyn və Küveytə işgüzar səfəri baş tutub
04.12.2025

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına və Küveyt Dövlətinə işgüzar səfər edib. Səfərin əsas məqsədi suveren fondlar, dövlət qurumları və strateji sektorların rəhbərləri ilə keçirilən yüksək səviyyəli görüşlər vasitəsilə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi olub.

Nümayəndə heyəti Bəhreynin suveren investisiya fondu olan “Mumtalakat”ın baş icraçı direktoru Şeyx Abdulla bin Xəlifə Al Xəlifə ilə görüşüb. Tərəflər qlobal investisiya mühitində mövcud trendlər, portfel şaxələndirilməsi və qarşılıqlı maraq doğuran yeni bazarlara çıxış imkanlarını müzakirə ediblər.

ARDNF nümayəndələrinin daha sonra Bəhreyn Krallığının Maliyyə və Milli İqtisadiyyat naziri, Şeyx Salman bin Xəlifə Al Xəlifə ilə keçirilən görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlıq potensialı, suveren fondların rolunun artırılması və regional investisiya axınlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Səfərin Bəhreyn hissəsi çərçivəsində nümayəndə heyəti Bəhreyn İqtisadi İnkişaf Şurasının (EDB) baş icraçı direktoru, Dayanıqlı İnkişaf üzrə naziri Nur bint Əli Alxulaif ilə görüşüb. Tərəflər rəqəmsal iqtisadiyyat, dayanıqlı maliyyə yanaşmaları və innovativ investisiya təşəbbüsləri üzrə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Bəhreynin dövlət daşınmaz əmlak şirkəti olan “Edamah” şirkətinin baş icraçı direktoru Xalid Al Məcid, “Premier Group” rəhbərliyi, eləcə də “Bapco Energies” şirkətinin baş icraçı direktoru Mark Tomas ilə görüşlər keçirib.

Səfərin Küveyt proqramı çərçivəsində nümayəndə heyəti ölkənin suveren investisiya fondu olan Küveyt İnvestisiya Təşkilatının baş direktoru Şeyx Saud Al Sabah və Sosial Təminat üzrə Dövlət Təşkilatının (PIFSS) rəhbərliyi ilə görüşlər keçirib. Bu görüşlərdə qlobal kapitalların idarə olunması, institusional tərəfdaşlığın genişləndirilməsi, regional investisiya trendləri və uzunmüddətli investisiya strategiyaları müzakirə edilib.

Nümayəndə heyəti həmçinin Küveyt Birbaşa İnvestisiyaların Təşviqi İdarəsinin (KDIPA) baş direktoru Dr. Məşal Cabir Al-Əhməd Al-Sabah ilə görüşərək sərmayə təşviqi, biznes mühitinin inkişafı və qarşılıqlı iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirib, eləcə də bir sıra özəl sektor təmsilçiləri ilə regional bazarlarda mövcud trendlər və potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment