Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, dayanıqlı maliyyə məsələləri müzakirə edilib. Bundan əlavə, sektorda texnoloji həllərin və yanaşmaların tətbiqinə dair təcrübələr nəzərdən keçirilib.
Görüşdə həmçinin Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində təcrübə və biliklərin paylaşılmasına dair fikir mübadiləsi aparılıb.