Fond birjası


Bakıda Azərbaycan Karbon Bazarı üzrə Vorkşop keçirilib
04.12.2025

2–3 dekabr 2025-ci il tarixlərində Azərbaycan Karbon Bazarı üzrə Vorkşop Bakı Fond Birjası (BFB), Böyük Britaniyanın Bakıdakı Səfirliyi və TheCityUK tərəfindən birgə təşkil olunaraq BFB-də keçirilib.

İki gün davam edən vorkşopun məqsədi Azərbaycan karbon bazarının inkişafını dəstəkləmək, könüllü karbon bazarları (VCM-lər) üzrə institusional bilik və anlayışı artırmaq, həmçinin Azərbaycan karbon bazarının qlobal karbon bazarları ilə gələcəkdə qarşılıqlı əlaqələndirilməsi imkanlarını araşdırmaq olub. 

Açılış nitqləri BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Fergus Auld OBE və TheCityUK təşkilatının Beynəlxalq İnkişaf üzrə direktoru Anna Rogers tərəfindən səsləndirilib. Sessiyalara isə ITMO Ltd şirkətinin həmtəsisçisi, komplayens karbon bazarları, Paris Sazişi və 6-cı maddə üzrə dünyanın aparıcı ekspertlərindən biri olan cənab Maykl Matres rəhbərlik edib.

Açılış zamanı Böyük Britaniyanın Azərbaycandakı səfiri, cənab Fergus Auld OBE bildirib:

“Böyük Britaniya hökuməti üçün iqtisadi artımın təmin edilməsi prioritetdir. Buna görə də Britaniyanın Bakıdakı Səfirliyi, Böyük Britaniya–Azərbaycan Strateji Tərəfdaşlığının bir hissəsi olaraq Azərbaycanın iqtisadi şaxələndirilməsini dəstəkləyən tərəfdaşlıqları davam etdirir.

Böyük Britaniyanın Bakıdakı Səfirliyi, TheCityUK və Bakı Fond Birjası tərəfindən birgə təşkil olunan bu vorkşop, Böyük Britaniya–Azərbaycan kommersiya tərəfdaşlığının dekarbonizasiya, enerji keçidi və davamlı inkişaf üzrə ortaq maraqları irəli aparmaq potensialını nümayiş etdirir.”

İki gün ərzində iştirakçılara karbon bazarlarının əsasları — karbon vergiləri və emissiyaların ticarəti sxemləri kimi karbon qiymətləndirmə mexanizmləri, həmçinin komplayens karbon bazarlarının (Böyük Britaniya və Aİ ETS), könüllü karbon bazarlarının strukturu və fəaliyyəti, eləcə də Paris Sazişi çərçivəsində əsas beynəlxalq mexanizmlər təqdim olunub.

İştirakçılar həmçinin milli ekoloji, fiskal və maliyyə qanunvericiliyi ilə uyğunlaşdırma, nəzarət mexanizmləri, risklərin idarə edilməsi, fırıldaqçılığa qarşı tədbirlər və Böyük Britaniyanın tənzimləmə təcrübəsi daxil olmaqla hüquqi və tənzimləyici çərçivələri müzakirə ediblər.

Sonda vorkşop karbon bazarının inkişafı üçün tələb olunan geniş ekosistemi vurğulayıb — maliyyə institutlarının, layihə inkişaf etdiricilərinin və vasitəçilərin rolu, banklaşdırıla bilən karbon layihələri üzrə portfelin formalaşdırılması, yaşıl maliyyələşdirmə alətləri vasitəsilə özəl kapitalın cəlb edilməsi, eləcə də təsdiq edən qurumlar, konsultantlar və auditorlar üzrə yerli potensialın gücləndirilməsi önə çıxarılıb.

Tədbir Azərbaycan kapital bazarı iştirakçılarının nümayəndələrini bir araya gətirərək, ölkənin qlobal karbon bazarlarına inteqrasiyası üçün tələb olunan bilik bazası və infrastrukturun formalaşdırılması istiqamətində mühüm addım olub.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment