8 dekabr 2025-ci il tarixdə iqtisadiyyat nazirinin müavini Anar Axundov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Şabran şəhəri, Heydər Əliyev prospekti 60A ünvanında, Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.