Banklar


TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib
03.12.2025

Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan TuranBank, nüfuzlu Invest in Visions (IIV) fondu ilə yeni kredit sazişi imzalayıb. Saziş “IIV Mikrofinanzfonds” və “IIV Financial Infrastructure Funds, FCP RAIF – DKM Mikrofinanzfonds” vasitəsilə həyata keçirilib və əməliyyat tanınmış Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində strukturlaşdırılıb.

Sazişə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank-a 3 il müddətinə, 15 milyon ABŞ dolları ekvivalentində yerli valyutada sintetik kredit ayırıb. Yerli valyutada maliyyələşdirmə borcalanların valyuta risklərini azaldır və ölkədə kiçik və orta sahibkarların maliyyə dayanıqlığını gücləndirir.

“Bu investisiya ilə biz Azərbaycandakı sahibkarların inkişafına birbaşa dəstək veririk. Yerli valyutada uzunmüddətli kreditlərin mövcudluğu biznesin böyüməsi, yeni iş yerlərinin yaradılması və ölkədə yerli istehsalın inkişafı üçün çox vacibdir. Kiçik və Orta sahibkarların  maliyyələşmə imkanlarını yaxşılaşdırmaq məqsədilə TuranBank və Incofin ilə əməkdaşlığımızdan məmnunuq”- deyə Invest in Visions Fondunun baş portfel meneceri Sergey L. Şkolnikov bildirib.

TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev sazişin əhəmiyyətini belə şərh edib: “Invest in Visions fondu ilə imzaladığımız bu yeni kredit sazişi Bankın inklüziv maliyyələşdirmə strategiyasını daha da gücləndirməklə yanaşı, Kiçik və Orta Sahibkarların yerli valyutada əlçatan maliyyə resurslarına çıxışını genişləndirəcək. Cəlb olunan vəsait ölkəmizdə biznes mühitinin möhkəmləndirilməsi, regionlarda sahibkarlığın inkişafı və yeni iqtisadi imkanların formalaşması baxımından mühüm rol oynayacaq. Əməliyyatın strukturlaşdırılmasında mühüm rol oynayan İncofin İnvestisiya Fonduna təşəkkürümüzü bildiririk. TuranBank bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə və ölkənin sosial-iqtisadi inkişafını dəstəkləyən layihələrə investisiya etməyə davam edəcək.”

2006-cı ildə yaradılan Invest in Visions fondu institusional və fərdi investorlara inkişaf etməkdə olan ölkələrdə təsir yönümlü investisiya imkanları təqdim edir. Almaniyada təsir investisiyanın pionerlərindən biri kimi fond əsasən mikromaliyyə və dayanıqlı infrastruktur layihələrinə fokuslanır. Öz investisiyaları vasitəsilə fond məsuliyyətli və uzunmüddətli iqtisadi inkişafın dəstəklənməsinə töhfə verir.

Qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutan TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.


TuranBank

Bizimlə etibarlıdır...


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment