Dekabrın 2-də Dövlət Gömrük Komitəsində İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovun iştirakı ilə keçirilən görüşdə İslam İnkişaf Bankı Qrupu ilə münasibətlərdən məmnunluqla bəhs edilib, 2026-cı ildə təşkilatın Bakı şəhərində keçiriləcək illik toplantılarının təşkilində gömrük məsələlərinə dair fikir mübadiləsi aparılıb.