Digər xəbərlər


Ümummilli Lider Heydər Əliyev - müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib
01.12.2025

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev - müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi zamanı canından keçən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan videoçarx nümayiş etdirilib.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva tədbirdə çıxış edərək Azərbaycanın zəfərlə dolu inkişaf yolunda gənclərin fəal iştirakının, vətənpərvərlik ruhunda formalaşmasının və xalqımızın birliyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Eyni zamanda, tədbiri xüsusi təyinatlı ali təhsil müəssisələri arasında formalaşan səmərəli əməkdaşlığın təzahürü kimi qiymətləndirərək konfransın işinə uğurlar arzulayıblar.

Tədbir panel müzakirə ilə davam edib. Dövlət Gömrük Komitəsinin Aparatının rəhbərinin müavini, gömrük xidməti polkovnik-leytenantı Kənan Əsədovun moderatorluğu ilə keçirilən müzakirələrdə Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının rəisi, general-mayor Elşad Nəsirov, İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov, Dövlət Vergi Xidmətinin rəisinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Samirə Musayeva və Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, general-mayor Arif Həsənov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Konstitusiyanın ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğundakı rolundan bəhs ediblər.

Müzakirələr zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində dövlət suverenliyinin tam bərpa edildiyi bildirilib, “Konstitusiya və Suverenlik İli”nin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli kimliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığı da vurğulanıb.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment