Digər xəbərlər


Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib
01.12.2025

Şəhərsalmanın yenilənməsi çərçivəsində sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi və biznes infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məqsədilə ictimai müzakirə təşkil olunub. Tədbirdə şəhərsalma ilə bağlı görülən işlər və sahibkarlar üçün yeni biznes imkanlarına dair fikir mübadiləsi aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən “Sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi, biznes infrastrukturlarının müasir tələblərə uyğunlaşdırılması” mövzusunda ictimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri və ticarət sahəsində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari şəhərsalma prosesinin sahibkarların fəaliyyətinə təsiri, bu istiqamətdə onların fikir və təkliflərinin öyrənilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, ictimai müzakirələr qərarların hazırlanması prosesinə praktiki töhfə verir və sahibkarlığın inkişafı üçün daha uyğun mühitin formalaşdırılmasında faydalıdır. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov şəhərsalma sahəsində aparılan yeniliklər fonunda biznes infrastrukturunun müasirləşdirilməsi və sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılmasının vacibliyini qeyd edib. Bildirilib ki, yenilənən şəhərsalma modeli sahibkarların daha funksional, təhlükəsiz və müasir ticarət məkanlarında fəaliyyət göstərməsi üçün yeni imkanlar yaradır. KOBİA bu prosesdə sahibkarlara təşkilati və məlumatlandırıcı dəstək göstərir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev şəhər nəqliyyatı və yük axınlarının tənzimlənməsi ilə bağlı aparılan yenilənmə tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda Abşeron Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən avtovağzalda gündəlik olaraq Salyan, Neftçala, Astara, Lənkəran, Şirvan da daxil olmaqla ümumilikdə 30-a yaxın istiqamət üzrə orta hesabla 115 reyslə 700-dən artıq nəfərə xidmət göstərilir.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktor müavini Mövsüm Hüseynov paytaxtda ticarət və xidmət infrastrukturunun yenilənməsi, mövcud ticarət məkanlarının yenilənməsi zamanı biznes subyektlərinin fəaliyyəti üçün alternativ imkanların təmin olunması barədə məlumat verib.

Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) baş direktoru Emin Şirinov bildirib ki, Fond iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarlara müxtəlif maliyyə dəstək mexanizmləri təqdim edir. Həmçinin qeyd edib ki, Fond sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsinə və rəqabətədavamlı iqtisadi mühitin formalaşmasına xidmət edən layihələri dəstəkləməyə hazırdır. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev yükdaşımaların intensivliyinin şəhər yollarında yaratdığı sıxlığın aradan qaldırılması, eləcə də nəqliyyat axınının tənzimlənməsi və sürücülərin təhlükəsiz hərəkəti üçün görülən tədbirlər barədə məlumat verib. 

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin icraçı direktorunun müşaviri Məmməd Ağayev yenilənən biznes infrastrukturunda risklərin idarə edilməsi, sığortanın önəmi barədə fikirlərini bölüşüb.

Sonra Abşeron Ticarət Mərkəzinin nümayəndəsi Erhan Topkaya ticarət mərkəzinin sahibkarlıq fəaliyyəti üçün təqdim etdiyi imkanlarla bağlı təqdimatla çıxış edib, sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment