Banklar


Bir ekosistemindən Qarabağda daha bir təşəbbüs: m10 və Milliön telesatış xidmətləri üçün yeni ofis açıldı
28.11.2025

Ölkənin iqtisadi inkişafına, xüsusən də Qarabağın bərpası və yenidən qurulması prosesinə verdiyi töhfələrlə seçilən Bir ekosistemi işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası naminə daha bir addım atıb. Belə ki, ötən gün Füzuli şəhərində “Qayıt İş” layihəsi çərçivəsində m10 və Milliön telesatış xidmətləri üçün yeni ofisin açılışı baş tutub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə reallaşdırılıb.

Xidmət ofisinin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Bir ekosisteminin rəsmi nüməyəndələri – Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov və PashaPay-in baş icraçı direktoru Samir Məmmədov iştirak ediblər.

Layihə haqqında fikirlərini bölüşən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Qarabağda dayanıqlı məskunlaşma üçün  yeni müəssisələrin açılmasını yüksək qiymətləndirib. Sədr bildirib ki, dövlət və özəl sektor əməkdaşlığının nümunəvi modeli olan “Qayıt İş” layihəsi yalnız yeni iş yerlərinin yaradılması deyil, həm də Füzuli rayonunun sosial-iqtisadi inkişafına töhfə vermək, köçürülmüş əhalinin doğma yurdda dayanıqlı məşğulluğuna dəstək  məqsədi daşıyır. Sadiq Əliyev belə təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini və öz yurdlarına qayıdan vətəndaşların məşğulluqlarının təmini istiqamətində fasiləsiz xidmətlərin göstəriləcəyini vurğulayıb.

Bir ekosisteminin rəsmi nümayəndəsi, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov isə bu təşəbbüsü dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırıb. “Hər Qarabağ səfərimizdə bu torpaqların yenilənən enerjisini, dirçələn ritmini hiss etmək həqiqətən insana böyük güc verir. Bu dəfə də Bir ekosistemi olaraq doğma torpaqlarda daha bir təşəbbüsə imza atdıq. Füzulidə m10 və Milliön telesatış xidmətləri üçün yeni ofisin açılışını etdik.  Ən əsası odur ki, ofisdə çalışan gənc əməkdaşlarımızın hamısı məhz Füzuliyə geri dönən sakinlərimizdir. Gənc həmkarlarımızın öz doğma şəhərlərində karyera qurmaları və gələcəklərini burada planlamaları bizim üçün sadəcə bir layihə yox, real dəyərdir. Bir sözlə, məqsədimiz Qarabağda dövlətimizin həyata keçirdiyi bu genişmiqyaslı bərpa prosesinə özəl sektor olaraq töhfə vermək və burada formalaşan yeni iqtisadi həyatın fəal iştirakçısı olmaqdır”. 

Layihənin məqsədi bölgəyə qayıdan sakinlər üçün dayanıqlı iş yerləri yaratmaq və regionda rəqəmsal ödəniş xidmətlərini gücləndirməkdir. Elə bu missiyanın nəticəsi olaraq xidmət ofisində çalışan əməkdaşlar məhz Füzuli sakinləri arasından seçilib. Tarixi qələbənin ardından Füzuli şəhərinə qayıdan və burada yaşayan 14 nəfər şəhər sakininə Dövlət Məşğulluq Agentliyi tərəfindən göndəriş verilib və bu şəxslər xidmət ofisinin əməkdaşları olaraq ekosistem komandasına qoşulublar. Yaxın zamanda komandanın 20 nəfərə çatdırılması planlaşdırılır.

Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və Milliön brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment