Banklar


AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər
26.11.2025

AccessBank Azərbaycanda süni intellektin (AI) tətbiq sahələrinin dinamik genişlənməsini və müxtəlif sektorlar üzrə rəqəmsal transformasiyaya olan tələbatın sürətlə artmasını nəzərə alaraq, süni intellekt sahəsində ixtisaslaşmış Neurotime şirkəti ilə Anlaşma Memorandumunun imzalandığını elan edir. Bu əməkdaşlıq ölkədə AI ekosisteminin inkişafına dəstək vermək və bu sahədə peşəkar kadr hazırlığını gücləndirmək məqsədi daşıyır.

Memorandum çərçivəsində tərəflər süni intellekt üzrə müasir bilik və praktiki bacarıqların formalaşdırılması üçün birgə tədris proqramlarının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur. Proqramların məqsədi əmək bazarında artan tələbatı qarşılamaq, gənclər və mütəxəssislər üçün AI yönümlü yeni imkanlar yaratmaq, həmçinin ölkənin rəqəmsal inkişaf strategiyasına töhfə verməkdir.

Əməkdaşlığa əsasən, AccessBank tərəfindən təyin olunmuş təlimçilər “AI ilə Dizayn” istiqaməti üzrə tədris prosesini aparacaq, bu sahədə generativ dizayn prinsipləri, AI-assisted kreativlik, vizual kontent yaradılmasında alqoritmik yanaşmalar kimi mövzulara fokuslanacaqlar. Neurotime mütəxəssisləri isə həm “Data Mühəndisliyi və Generative AI”, həm də “Generative AI ilə Next-Gen Frontend” proqramlarını həyata keçirəcək. “Data Mühəndisliyi və Generative AI” moduluna Python və Data Engineering əsasları, SQL və NoSQL, konteynerləşdirmə, mesajlaşma sistemləri, izləmə və monitorinq, həmçinin generativ AI texnologiyalarının real biznes tətbiqləri daxildir. “Frontend + AI” kursu isə qabaqcıl frontend texnologiyaları və AI inteqrasiyası, interaktiv istifadəçi interfeyslərinin yaradılması və vizual AI modellərinin tətbiqi üzrə təcrübə təmin edəcək.




Təlim prosesi AccessBank-ın Baş Ofisində əyani formatda təşkil olunacaq. İştirakçıların seçimi, qeydiyyatı və qiymətləndirilməsi isə Neurotime tərəfindən aparılacaq. Memorandum həmçinin AccessBank əməkdaşlarına təlim sessiyalarında ödənişsiz iştirak imkanı yaradır ki, bu da Bankın öz daxili insan kapitalının inkişafına verdiyi dəyərin bariz göstəricisidir.

 “Biz hesab edirik ki, bu tədris təşəbbüsü yalnız İT sahəsində deyil, biznesin digər istiqamətlərində də real tətbiq imkanları yaradacaq. Süni intellekt müxtəlif biznes proseslərinin məhsuldarlığını artırmağa, analitikanı gücləndirməyə və əməliyyat qərarlarını daha dəqiq etməyə imkan verir. Yerli mütəxəssislərin AccessBank komandası ilə birlikdə çalışaraq AI həllərinin bank və biznes mühitinə tətbiq imkanlarını öyrənməsi dəyərli nəticələr verəcək”,  - deyə AccessBank İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

“Biz inanırıq ki, AccessBank ilə qurduğumuz bu əməkdaşlıq insan kapitalına yönəlmiş ən güclü və dəyərli investisiyadır. Süni intellekt artıq dünyanın bir çox ölkəsində gündəlik iş proseslərinin ayrılmaz hissəsinə çevrilib. Məqsədimiz Azərbaycanda bizneslərin fəaliyyətinə dəstək olmaq, onların rəqəmsal transformasiya prosesini sürətləndirməkdir. Bu Memorandum isə həm iştirakçılar, həm də AccessBank əməkdaşları üçün yeni texnoloji bacarıqlar qazanmaq, süni intellektin praktiki tətbiqlərini öyrənmək və peşəkar inkişafı gücləndirmək üçün əla imkandır”, - deyə Neurotime şirkətinin direktoru Vüqar Cavadov bildirib.

AccessBank və Neurotime arasında imzalanan bu Memorandum ölkədə süni intellekt sahəsinin inkişafına, rəqəmsal bacarıqların artırılmasına və innovativ düşüncə tərzinin təşviqinə mühüm töhfə verəcək.

Neurotime Azərbaycanın süni intellekt sahəsində öncül şirkətlərindən biri olaraq, 2021-ci ilin noyabr ayında fəaliyyətə başlamışdır. Şirkət özünün AI əsaslı məhsulları ilə, xüsusən Marketinq Workflow-ları və digər innovativ həllərlə tanınır, müəssisələrə iş proseslərini optimallaşdırmaq, qərar qəbuletmə prosesini sürətləndirmək və rəqəmsal transformasiyanı dəstəkləmək imkanı verir. Neurotime ölkədə süni intellekt texnologiyalarının inkişafına töhfə verməklə yanaşı, innovativ düşüncə tərzinin təşviqinə də xüsusi önəm verir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment