Banklar


Xalq artisti Mehriban Zəki dələduzluqla bağlı xəbərdarlıq edib
26.11.2025

Son zamanlar insanları müxtəlif yollarla aldadaraq onlara məxsus vəsaitləri mənimsəməyə çalışan dələduzların hədəfi bu dəfə Xalq artisti Mehriban Zəki olub. O, bu barədə öz sosial şəbəkə hesabında məlumat verib. Məlum olub ki, özünü Kapital Bank əməkdaşı kimi təqdim edən dələduz ona WhatsApp sosial şəbəkəsi üzərindən zəng edib və şəxsi məlumatlarını istəyib. Dələduzluq halları ilə bağlı məlumatlı olan Mehriban xanım heç bir məlumat təqdim etməyib və dərhal bankla əlaqə saxlayıb. Bankdan ona həmin nömrənin həqiqətən də banka aid olmadığı bildirilib və zəng edən şəxsin dələduz olduğu təsdiq edilib.

Kapital Bank-dan mövzu ilə bağlı bildirilib ki, ehtiyatlı davrandığı və müştəriləri də bu mövzuda məlumatlandırdığı üçün Mehriban xanıma təşəkkür edirik.


Bir daha qeyd edirik ki, aidiyyatı qurumların və bankların təhlükəsizlik tədbirləri ilə yanaşı, hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesablarından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub-olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən mobil tətbiqə bank əməkdaşı olduğunu təsdiq edən bildiriş göndərməsini tələb edilə bilər. O həqiqətən bank əməkdaşıdırsa, vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir:


“Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”.


Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment