Banklar


Mərkəzi Bank tərəfindən “Bank olmayan kredit təşkilatlarında kənar auditin aparılmasına dair minimum Tələblər” təsdiqlənib
26.11.2025

Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda müəyyən edilmiş strateji hədəflərin icrası çərçivəsində bank olmayan kredit təşkilatlarının (BOKT) institusional potensialının gücləndirilməsi və məlumatların açıqlanması istiqamətində zəruri addımlar atılır.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən Mərkəzi Bankın İdarə Heyətinin 7 oktyabr 2025-ci il tarixli Qərarı ilə “Bank olmayan kredit təşkilatlarında kənar auditin aparılmasına dair minimum Tələblər” (Tələblər) təsdiqlənib. Tələblər 22 noyabr 2025-ci il tarixindən qüvvəyə minib.

Tələblərdə kənar auditorun seçilməsi meyarları, kənar auditorun fəaliyyətinə dair tələblər və Audit Komitəsinin kənar auditlə bağlı vəzifələri müəyyən edilib. Tələblərdə eyni kənar auditor tərəfindən BOKT-nin audit yoxlamasının ardıcıl 5 ildən artıq müddətdə aparılmaması, kənar auditorun yoxlamada iştirak edəcək əməkdaş(lar)ının son 3 il ərzində həmin BOKT-də çalışmaması kimi məqamlar qeyd olunub. Bundan əlavə, BOKT-lər tərəfindən hər təqvim ilinin dekabr ayının 15-dək təşkilatın audit yoxlamasını aparacaq kənar auditor barədə yazılı məlumatı Mərkəzi Banka təqdim edilməsi və digər tələblər müəyyən edilib.

Qeyd edək ki, Tələblər BOKT sektorunda şəffaflığın və məlumat əlçatanlığının artırılmasına xidmət etməklə dayanıqlı inkişafa töhfə verəcəkdir.

Mərkəzi Bank BOKT sektorunda institusional quruculuq və korporativ idarəetmənin gücləndirilməsi, sağlam və dayanıqlı fəaliyyətin təmin edilməsi, eləcə də qabaqçıl beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüsləri davam etdirəcəkdir.

Qeyd olunan Tələbləri aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:

Bank olmayan kredit təşkilatlarında kənar auditin aparılmasına dair minimum Tələblər - https://e-qanun.az/framework/60879


 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment