Digər xəbərlər


Maliyyə Nazirliyi ilə Koreyanın Fiskal İnformasiya Xidməti arasında Memorandum imzalanıb
19.11.2025

Maliyyə Nazirliyi ilə Koreyanın Fiskal İnformasiya Xidməti arasında Memorandum imzalanıb

Noyabrın 18-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Koreya Fiskal İnformasiya Xidmətinin (KFIS) prezidenti Seok Ho Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Koreya arasında maliyyə idarəetməsi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən ölkəmizdə yeni İnteqrasiya olunmuş Maliyyə İdarəetmə İnformasiya Sisteminin (IFMIS) inkişafı, Koreyanın dövlət maliyyə sistemi olan “dBrain+” və hökumət subsidiyalarının idarəetmə sistemi olan “e-Naradoum” üzrə təcrübələrin öyrənilməsi barədə müzakirələr aparılıb. Bu kontekstdə Koreya nümayəndə heyətinin iştirakı ilə Maliyyə Nazirliyində IFMIS  üzrə keçirilmiş birgə seminarın əhəmiyyəti qeyd olunub.

Sahil Babayev Maliyyə Nazirliyində son dövrlərdə aparılan genişmiqyaslı rəqəmsallaşma prosesləri haqqında məlumat verərək Prezident İlham Əliyevin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə maliyyə idarəetməsi sahəsində rəqəmsal islahatların daha da sürətləndiyini və maliyyə idarəetmə arxitekturasının müasir tələblərə uyğun şəkildə yenidən qurulduğunu qeyd edib. 

Nazir Koreya təcrübəsinin bu proseslərdə praktiki əhəmiyyət daşıdığını və innovativ, dayanıqlı maliyyə idarəetmə modellərinin formalaşdırılmasına ciddi töhfə verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə iki ölkə arasında maliyyə idarəetməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə “dBrain+” təcrübəsi əsasında proses və iş axınlarının təkmilləşdirilməsi, xarici vendor asılılığının azaldılması istiqamətində bilik və texnoloji transferin gücləndirilməsi, data əsaslı qərarvermə mexanizmlərinin tətbiqi, audit və nəzarət infrastrukturunun, eləcə də kibertəhlükəsizlik çərçivəsinin inkişaf etdirilməsi kimi gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

KFIS prezidenti Seok Ho Yoon Koreyanın IFMIS sahəsində təcrübə və qabaqcıl texnoloji həllərin paylaşılması, eləcə də Azərbaycanın rəqəmsal maliyyə informasiya sisteminin  qurulmasına ölkəsinin müvafiq qurumlarının dəstək göstərməyə hazır olduğunu bildirib. 

Görüşün sonunda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Respublikasının Fiskal İnformasiya Xidməti arasında Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sisteminin hazırlanması, tətbiqi və istismarı sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum birgə tədqiqat və texniki dəstəyin göstərilməsi, kibertəhlükəsizlik, dayanıqlılıq və audit standartlarına uyğunluq sahələrində təcrübənin öyrənilməsi, həmçinin təlim və təcrübə proqramları vasitəsilə kadr potensialının gücləndirilməsini nəzərdə tutur.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment