Neft və qaz


ARDNF-nin 2025-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat
23.10.2025

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 16,9% artaraq 70 161,7 milyon ABŞ dolları təşkil etmişdir.


Əsas maliyyə göstəriciləri (yanvar-sentyabr 2025):

Ümumi aktivlər: 70,2 milyard ABŞ dolları (+16,9%)

Ümumi gəlirlər: 13 073,5 milyon manat

Ümumi xərclər: 10 917,8 milyon manat

Neft-qaz gəlirləri: 7 837,7 milyon manat

İnvestisiya gəliri:5 235,7 milyon manat

Büdcədənkənar gəlir:15 066,1 milyon manat

Dövlət büdcəsinə transfert:10 860,8 milyon manat

Neft-qaz gəlirləri


2025-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 837,7 milyon manat olmuşdur, o cümlədən:

mənfəət neftinin və qazın satışından 7 068,8 milyon manat,

bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat,

akrhesabı ödənişlər 3,6 milyon manat.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 183,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 697,0 milyon manat məbləğində vəsait daxil olmuşdur.

İnvestisiya və büdcədənkənar gəlirlər

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 5 235,7 milyon manat təşkil etmişdir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 15 066,1 milyon manat təşkil etmişdir.

Dövlət büdcəsinə transfert və xərc istiqamətləri

Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10 860,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

2025-ci ilin yanvar-sentyabr aylarında aşağıdakı icrası davam edən layihələrə 34,3 milyon manat yönəldilmişdir, o cümlədən:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat,

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 26,1 milyon manat.

Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,9 milyon manat təşkil etmişdir.

Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4 350,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2025-ci ilin 9 ayı ərzində ARDNF-nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşmışdır.

Maliyyə bazarları baxımından, 3-cü rübdə müşahidə olunan nisbətən sakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilik dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına səbəb olmuşdur. Hesabat dövrü ərzində Avrozona və Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma tendensiyası müşahidə olunmuşdur. Yüksək faiz gəlirlərinin də töhfəsi ilə ARDNF-nin borc öhdəliklərindən əldə etdiyi gəlirlər artmışdır.

Qlobal səhm bazarları üçüncü rübdə güclü performans göstərərək, əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirmişdir. Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsas indekslər yüksək gəlirlilik göstərmişdir. Bu müsbət dinamika rüb ərzində ARDNF-nin səhm bazarlarından əldə olunan gəlirlərinə əhəmiyyətli dərəcədə töhfə vermişdir.

Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirmişdir. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən həyata keçirilən iri həcmli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olmuşdur. Nəticə etibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və büdcədənkənar gəlirlərin artımına töhfə vermişdir.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment