Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) universitetlərlə əməkdaşlıq proqramı çərçivəsində Bakı Ali Neft Məktəbində tələbələr üçün infosessiya keçirib.
İnfosessiya zamanı ARDNF-nin əməkdaşları tərəfindən Fondun missiyası, məqsədi, dəyərləri, investisiya fəaliyyəti, maliyyələşdirdiyi ümummilli layihələr haqqında ətraflı məlumat təqdim olunub.
İnteraktiv keçirilən sessiyanın sonunda tələbələrin suallarını cavablandıran ARDNF əməkdaşları onlarla peşəkar fəaliyyətləri müddətində qazanılan təcrübələri və öz tövsiyələrini bölüşüblər.