Dünya xəbərləri


Kaspersky: hər ikinci kompüterdə əvvəlki kimi “Windows 10” əməliyyat sistemi quraşdırılıb
12.09.2025

Kaspersky-nin beynəlxalq araşdırmasına* görə, fərdi istifadəçilərin 51%-i və korporativ istifadəçilərin demək olar ki, 60%-i 2025-ci ilin oktyabrından etibarən dəstəklənməyəcək “Windows 10” əməliyyat sistemindən istifadəni davam etdirir. Şəxsi cihazların yalnız 36%-i və korporativ cihazların 26,5%-də əməliyyat sistemi 11-ci versiyaya yenilənib. Mütəxəssislər müəssisələrin əməliyyat sisteminin korporativ versiyasından istifadə nəticəsində ciddi risklərə məruz qalması barədə xəbərdarlıq edirlər. Bu cür versiyalar hücumlara qarşı daha kövrək olmaqla yanaşı, yeni proqram təminatı və təhlükəsizlik alətləri ilə də uyğunlaşmır. Bu amillər əməliyyatların davamlılığının pozulmasına səbəb ola bilər.

Bəziləri  hələ də 2020-ci ildə dəstəyi dayandırılmış “Windows 7”dən - daha əvvəlki versiyadan istifadə edir. Fərdi istifadəçilər arasında bu pay 10%, korporativ istifadəçilər arasında isə 7% təşkil edir.

“Yeni əməliyyat sisteminə (ƏS) keçidin faydaları çox vaxt şübhə yaradır: yəqin ki, bir neçə yeni funksiya əlavə olunur, tanış iş prosesləri isə interfeysdəki dəyişikliklər səbəbindən mürəkkəbləşir. Lakin, kibertəhlükəsizlik nöqteyi-nəzərindən yeniləmələri qəbul etməyən köhnə sistem bir zərbəyə dağılacaq çürük hasarlı bir ev kimidir. Burada risklər ƏS-nin yeni versiyasına uyğunlaşmağın narahatlığından daha ciddidir. Korporativ İT departamentləri və informasiya təhlükəsizliyi mütəxəssisləri üçün əməliyyat sistemindən başlayaraq kritik proqram təminatının aktuallığını qorumaq bir nömrəli vəzifədir. ƏS-nin vaxtında yenilənməsi onun sındırılması ilə bağlı insidentlərin baş verməsi və onların nəticələrinin, o cümlədən qiymətli məlumatların oğurlanması və ya itirilməsi və yekunda maliyyə və nüfuza ziyan vurulması ehtimalını azaldır. Etibarlı təhlükəsizlik həlli quraşdırılmış olsa belə, yeniləmələri gözardı etmək olmaz”, - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə eksperti Oleq Qorobets bildirir.

Müdafiə səviyyəsini artırmaq üçün Kaspersky tövsiyə edir:

  • Cihazda ƏS-nin ən son versiyasının quraşdırıldığına və avtomatik yeniləmə funksiyasının aktiv olduğuna əmin olun; 
  • “Kaspersky Premium” (fərdi istifadəçilər üçün), “Kaspersky Small Office Security” (kiçik bizneslər üçün) və ya “Kaspersky Symphony” xəttinin həlləri (böyük bizneslər üçün) kimi zəifliklərdən istifadə edən zərərli proqramlara qarşı qoruma təmin edən məhsullardan istifadə edin. Onlar köhnəlmiş ƏS-də (Windows 10 və 2025-ci ilin oktyabrından əvvəlki versiyalar) ola biləcək aradan qaldırılmamış zəifliklər vasitəsilə sistemə müdaxilə riskini azaltmağa kömək edir.

 

* “Kaspersky Security Network”dən əldə edilmiş anonim metaməlumatlar

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment