Dünya xəbərləri


Dubay 2025-ci ilin ilk yarısında 9,88 milyon xarici turist qəbul edib
06.08.2025

Dubay İqtisadiyyat və Turizm Departamentinin (DET) məlumatına görə, 2025-ci ilin yanvar-iyun ayları ərzində Dubaya 9,88 milyon xarici qonaq səfər edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6% artım deməkdir.

Belə bir artım, şəhərin turistlər üçün təqdim etdiyi imkanların genişlənməsi, dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq, eləcə də Dubayın qlobal miqyasda cəlbediciliyini artıran genişmiqyaslı beynəlxalq marketinq strategiyası sayəsində mümkün olub.

Departamentin məlumatına əsasən, 2025-ci ilin ilk altı ayında Dubaya gələn turistlərin ümumi sayının 26%-i Körfəz Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrin və Yaxın Şərq və Şimali Afrika (MENA) regionunun payına düşüb: müvafiq olaraq 1,51 milyon (15%) və 1,12 milyon (11%) turist.

Xarici bazarlar arasında Dubaya ən çox turist göndərən region isə Qərbi Avropa olub — 2,12 milyon nəfər və bu, ümumi beynəlxalq axının 22%-ni təşkil edir. İkinci yerdə MDB və Şərqi Avropa ölkələri gəlir — 1,52 milyon turist (15%). Daha sonra Cənubi Asiya — 1,44 milyon (15%), Şimali-Şərqi və Cənub-Şərqi Asiya — 894 min (9%), Amerika qitəsi — 689 min (7%), Afrika — 404 min (4%) və Avstralaziya — 176 min (2%) sıralanır.

İssam Kazim, DubayınTurizm vəTicarət Marketinqi Korporasiyasının (Visit Dubai) baş icraçı direktoru və Dubay İqtisadiyyat və Turizm Departamentinin (DET) üzvü, bildirib:

“Dubayın turizm sahəsində əldə etdiyi uğur dövlət və özəl sektorlar arasında möhkəm tərəfdaşlığın, həmçinin şəhərin turizm potensialının qlobal səviyyədə tanıdılmasında cəmiyyətin fəal rolunun göstəricisidir.

Şəhər sakinləri, biznes qurumları və qonaqlar bu nəticəyə əhəmiyyətli töhfə veriblər — onların səmimi səsləri və fəallığı Dubayın unikal xüsusiyyətlərini və heyrətamiz imkanlarını dünyaya nümayiş etdirməyə kömək edib.

Müasir infrastruktur və açıq biznes mühiti Dubayı turistlər üçün daha da əlçatan edib, bu da effektiv əməkdaşlığa münbit şərait yaradır.

İl boyu davam edən mədəni, biznes və MICE tədbirləri sayəsində Dubay daha rəngarəng auditoriya cəlb edir və şəhər iqtisadiyyatına əhəmiyyətli təsir göstərir. Əsas tərəfdaşlarla birgə biz infrastrukturun inkişafını davam etdirəcəyik və turizm potensialının artımına investisiya qoyacağıq ki, həm şəhərdə həyat keyfiyyətini yüksəldək, həmdə yeni beynəlxalq səyahətçiləri cəlb edək”.

Dubay özünəməxsus turizm təklifi, yüksək təhlükəsizlik səviyyəsi və rahat nəqliyyat əlçatanlığı sayəsində həm ənənəvi, həm də inkişaf etməkdə olan bazarlarda ən çox tələbat olan istiqamətlərdən biri statusunu qoruyub saxlayır.

Şəhərin əlavə cazibədarlığını isə müxtəlif büdcələrə uyğun olan geniş və sürətlə böyüyən mehmanxana fondu təmin edir.

Dubay İqtisadiyyat vəTurizm Departamentinin (DET) məlumatına görə, əmirliyin otel sektoru 2025-ci ilin ilk yarısında bütün əsas göstəricilər üzrə təsirli nəticələr nümayiş etdirib.

2025-ci ilin yanvar-iyun aylarında otellərin ortadoluluq səviyyəsi 80,6% təşkil edib ki, bu da 2024-cü ilin eyni dövründəki 78,7%-lik göstəricidən yüksəkdir. Satılmış gecələmə sayı 4% artaraq 21,35 milyon gecədən 22,24 milyona yüksəlib. Ortaqalma müddətiisə 3,71 gecə olub.

2025-ci ilin ilk yarısında Dubay bir sıra nüfuzlu beynəlxalq mükafatlar qazanaraq dünyanın aparıcı turizm istiqamətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib.

Ən mühüm nailiyyətlərdən biri Dubayın Şərq yarımkürəsində Autizmli şəxslər üçün SertifikatlaşdırılmışTurizm Məkanı™ (Certified Autism Destination™) statusunu alan ilk şəhər kimi tanınması olub. Bu, şəhərin inklüziv və hər kəs üçün əlçatan turizm mühiti yaratmaq istiqamətində atdığı mühüm addımı göstərir.

Dubay beynəlxalq reytinqlərdə liderliyini davam etdirir: Trip advisor Travelers’ Choice Awards 2025 versiyasına görə, şəhər ilin ən yaxşı turizm istiqamətləri sırasına daxil edilib. Bundan əlavə, Insure MyTrip sığorta şirkətinin tədqiqatına əsasən, Dubay dünyada tək səyahət edən qadınlar üçün ən yaxşı şəhər elan edilib. Bu qiymətləndirmə 62 şəhər arasında aparılıb və əsas göstəricilər-qadınların təhlükəsizlik hissi və gecə saatlarında sərbəst hərəkət edə bilmə səviyyəsi üzrə Dubay birinci yeri tutub.

Gastronomiya Dubaya olan turizm və investisiya marağının əsas hərəkət verici qüvvələrindən biri olaraq qalır. Şəhərin kulinariya səhnəsi beynəlxalq aləmdə daimi olaraq tanınmaqdadır. Bu ilin may ayında MICHELIN Dubai bələdçisinin dördüncü buraxılışı təqdim edilib-burada 119 restoran, 35 müxtəlif dünya mətbəxini təmsil edən gastronomik zənginlik əks olunub.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment