Banklar


Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub
18.06.2025

Bank BTB-də yeni kadr təyinatı həyata keçirilib. Almaz Əskərova Bankın Əməliyyat Departamentinin direktoru vəzifəsinə təyin olunub. O, bankın bütün hesablaşma əməliyyatlarına və kart xidmətlərinə rəhbərlik edəcək.Almaz Əskərovanın rəhbərliyi altında əməliyyat sahəsində innovativ yanaşmaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması hədəflənir.

Bu təyinat Bank BTB-nin gender bərabərliyinə və qadın liderliyinin təşviqinə verdiyi önəmin bariz nümunəsidir.Qeyd edək ki, Almaz Əskərova bank karyerasına məhz Bank BTB-də başlayıb və bankın ərsəyə gətirdiyi peşəkar kadrlardan birinə çevrilib. O, müştəri xidmətləri departamentinin mütəxəssisi vəzifəsindən Bank kartları şöbəsinin müdiri vəzifəsinədək uğurla irəliləyib. 2025-ci ilin iyun ayından etibarən, Bank BTB-nin 15 illik fəaliyyəti çərçivəsində, departament rəhbəri səviyyəsinə qədər yüksəlib.

Almaz Əskərova Azərbaycan Beynəlxalq Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. Lakin iş fəaliyyətinə başladığı ilk gündən etibarən əməliyyat sahəsində müxtəlif ixtisaslaşmış sertifikasiya proqramlarında iştirak edib, ödəniş sistemləri, biznesin təşkili və ödəniş kartlarının idarəolunması sahələrində beynəlxalq sertifikatlara əsaslanan nəzəri və praktiki biliklərə yiyələnib.Bankda çalışdığı müddət ərzində beynəlxalq ödəniş sistemləri olan Mastercard və Visa tərəfindən təşkil edilən bir sıra seminar və təlimlərdə uğurla iştirak edərək sertifikatlarla təltif olunub.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment