Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Almaniya Federativ Respublikasının Köln şəhərində 2025-ci ilin 4-8 oktyabr tarixində keçiriləcək "Anuga 2025” beynəlxalq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 16 şirkət.
Qeyd: Alkoqollu içki istehsalı üzrə iştirak edə biləcək maksimum ixracatçı sayı 8.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi
|
XİFMN üzrə məhsulun kodu
|
Məhsulun adı
|
|
0403
|
Qatılaşdırılmış və ya qatılaşdırılmamış, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya əlavə edilməmiş, dad-aromatik maddələr əlavə edilmiş və ya əlavə edilməmiş, meyvə, qoz-fındıq və kakao əlavə edilmiş və ya əlavə edilməmiş ayran, çürümüş süd və qaymaq, yoqurt, kefir və digər ferme
|
|
0406
|
Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları
|
|
0802
|
digər qoz-fındıq, təzə və ya qurudulmuş, qabığı təmizlənmiş və ya təmizlənməmiş, qabıqla və ya qabıqsız:
|
|
0813
|
qurudulmuş meyvələr, 0801-0806 mal mövqeyində təsnif edilən meyvələrdən başqa; bu qrupda təsnif edilən qurudulmuş meyvə və qozların qarışıqları
|
|
0902
|
çay, aromatik dad əlavələri və ya onlarsız
|
|
0910201000
|
zəfəran: doğranmamış və döyülməmiş
|
|
15
|
Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya bitki mənşəli mumlar
|
|
18
|
Kakao və ondan hazırlanan məhsullar
|
|
19
|
Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları
|
|
20
|
Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları
|
|
21
|
Müxtəlif ərzaq məhsulları
|
|
22
|
Alkoqollu və alkoqolsuz içkilər və sirkə
|
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 24 iyun 2025-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).
Sənədlər aşağıdakı ünvan üzrə 17 iyun 2025-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Tel: (+994 12) 598-01-47/48 (daxili - 3616);
E-mail: rana.huseynova@azpromo.gov.az
Əlaqələndirici şəxs: Rəna Hüseynova